İran lideri İbrahim Rəisi ABŞ-a qayıtdıqdan sonra müzakirəyə çevrilən “Məhsa Əmini” etirazlarından danışıb. SİA xəbər verir ki, İran prezidenti İbrahim Rəisi "Düşmənlər xaos yaratmaq istəyirlər. Biz heç bir halda xalqın təhlükəsizliyinin və dincliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik" deyib.
Rəisi Nyu Yorkdan qayıdarkən Tehranın Mehrabad hava limanında ölkədəki etirazlarla bağlı açıqlama verib. Hər zaman xalqın səsinə qulaq asdıqlarını bildirən İran lideri “Düşmənlər ölkəmizdə xaos yaratmaq istəyirlər. Xalqımızın tələblərini, etirazlarını eşidirik, amma xaosun yükünü heç kimin üzərinə götürməsinə imkan vermirik. Heç bir sahədə və heç bir şəraitdə insanların təhlükəsizliyinin və əmin-amanlığının təhlükə altına düşməsinə imkan verməyəcəyik”-bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB