"Real maraqlar Ermənistanın bu niyyətini puça çıxaracaq” - POLİTOLOQ ŞƏRH ETDİ
"İranın Azərbaycan və Ermənistanla bağlı qeyd etdiyi son açıqlamalar erməni siyasi liderlərinin çox xoşuna gəlir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, çünki İran rəsmiləri hadisələrə baxaraq düşünürlər ki, Azərbaycan guya Ermənistanın ərazilərini işğal etmək niyətindədir: "Ona görə də İran Ermənistanın yanında olduğunu qeyd edib. Belə halda Paşinyanla İran İslam Respublilasının prezidenti Rəisinin görüşü bu məsələlərə köklənib və tərəflər çox güman ki, bu müzakirələrdə birgə səylərin atılması ilə bağlı fikir mübadiləsi aparıb. Demək olar ki, bu məsələdə İran Ermənistanı dəstəkləyir. Lakin çox təəssüflər olsun ki, İranın bu bəyanatı Azərbaycan-İran münasibətlərinin indiki səviyyəsinə uyğun gəlmir. Ona görə də Paşinyan İranın anti-Azərbaycan mövqeyinə yaxınlaşaraq Azərbaycana təzyiqlər göstərməyə çalışacaq. Hər halda belə bir ehtimal gözləniləndir. Düşünürəm ki, bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki həm regionda yaranmış reallıq, həm də Azərbaycan-İran münasibətlərinin real maraqları Ermənistanın bu niyyətini puça çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB