"Paşinyan çıxışında göz yaşı tökərək kömək istəyir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Paşinyan çıxışında göz yaşı tökərək kömək istəyir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 77 sessiyasında iştirak edir. O çıxışında göz yaşları tökədərək Azərbaycanın Ermənistana təcavüz etdiyini, onun torpaqlarını işğal etdiyini və həmin işğal zonasında 7600 qaçqın olduğunu bəyan edir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Emənistan BMT-ni Azərbaycanın bu işğalını dayandırmağa çağırıb: "Halbuki bu sessiyada Ermənistandan 250 min azərbaycanlının qovulduğunu vurğulamadı. Paşinyan Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini dilinə gətirmədi. Azədbaycan ordusu 2 il bundan qabaq öz torpaqlarını işğaldan azad etdi. 30 il ərzində 1 milyondan artıq azərbaycanlı öz torpağından qaçqın düşdü. Ancaq Paşinyan utanmadan 7600 erməninin öz torpaqlarından qaçqın düşməsini bəyan edir. Eyni zamanda, Paşinyan döyüş meydanında uduzsa da, siyasi meydanda göz yaşları töküb ermənilərə kömək etmələrini istəyir.
Azərbaycan dövləti hər bir xalqın tarixi abidələrini xüsusi diqqətlə qoruyur. Bunu bütün dünya bilir. Hətta ölkəmizdə erməni kilsəsi qorunub saxlanır. Amma Ermənistan bir dənə belə məscid saxlamayıb. O cümlədən işğal etdiyi ərazilərimizdə bütün məscidlər, mədəni abidələrimiz, hətta qəbiristanlıqlar belə dağıdılmışdır.
Paşinyanın bu səfərinin məqsədi özünə dəstək axtarmaqdır. Sülh müqaviləsini uzatmağa çalışır. Bununla nəyə nail olacaqlarını heç özləri də bilmir. 5 prinsip əsasında hazırlanmış sülh müqaviləsini imzalamağa biz qərarlıyıq. Sərhədlərin delimitasiyası və demarkasiyasını aparmağa və sərhəddə dayanıqlı təhlükəsizlik tədbirlərinin görülməsinə çalışırıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə