MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV: “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” TƏHLİL
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik".
Prezident İlham Əliyevin qurduğu ordu 30 il davam edən işğala 44 gündə son qoydu
Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün "Dəmir yumruq" siyasətinin nəticəsində bu Qələbə qazanıldı. Və bu baxımdan da dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 19 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "Dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktı oldu. Və bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur! Azərbaycan Prezidenti xalqa dəfələrlə etdiyi müraciətlərində bildirir ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.Bir sözlə, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi lider, Prezident İlham Əliyev yürütdüyü 19 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə «Qarabağ Azərbaycandır»ı sübut etdi.
Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim “Dəmir yumruğ”umuz nədir, anladı
Bəli, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq həm döyüş meydanında, həm mediada qələbə qazandı. "Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”,-deyən Ali Baş Komandan həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır! Yumruq sahibi «Dəmir yumruğ»unun gücünü və hikmətini xalqa belə açıqladı: «Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!
Hər günü bir tarixi qələbə – 44 gündə qazanılan Zəfər qələbəsi
Bu, real faktordur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. Başqa yol da ola bilməzdi. Çünki bu gün Azərbaycan qətiyyətli nizamlı siyasəti ilə minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatırıq. Bütün dünya görür ki, Azərbaycan bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Və hazırda prioritet vəzifə ərazilərin minalardan təmizlənməsini daha tez başa çatdırmaqdır. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir. Lakin Azərbaycan Prezidentinin qətiyyətli, planlı, diplamatik siyasət aparmasının nəticəsi iki ilə yaxın Zəfər qələbəmiz müddətində artıq işğaldan azad olunun rayonumuzun Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələri Azərbaycana təhvil verildi. Bütün bu uğurlu nəticələr Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, parlaq diplomatik qələbəsidir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın diktəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik”.
Azərbaycan 30 ildən sonra hər günü bir qələbə olan 44 gün davam edən İkinci Vətən müharibəsində haqq və tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək Zəfər qələbəsi əldə etdi. Bu gün Ali Baş Komandanımızın «Dəmir yumruq» əməliyyatı ilə Müzəffər Ordumuzun dəyanətli əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ həsrətinə son qoyuldu, ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Və hər günü bir tarixi qələbə olan 44 gün ərzində bu günləri də gördük, bu günləri də yaşadıq. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Bir sözlə, 44 gündə Böyük Vətən Müharibəsinin Zəfər ildönümü ərəfəsində son əsrlərin ən böyük Zəfərini, Azərbaycanın yeni tarixinin yazılması sevincini, Ali Baş Komandanımızın rəhbərliyi ilə “Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA”sının qoyulduğu tarixini yaşayırıq. Bu, qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin tariximizə yazılan haqqın qələbə Zəfərinin ildönümüdür. Bu, Azərbaycan xalqının qələbəsidir. Bu tarixi qələbə Azərbaycan xalqının öz Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsinin qələbəsidir. Sevindirici hal ondadır ki, 44 gün davam edən Vətən Müharibəsində ilk gündən əldə olunan qələbə müjdəsini də xalqına çatdırmaqdan qürur duyan Ali Baş Komandanımız bildirmişdi: «Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.
Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğulları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Bir sözlə, bu gün Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə noyabrın 8-də ikinci ilin qeyd edəcəyimiz qələbəmizin Zəfər Günü dövlət başçımızın dediyi kimi: «Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır». Çünki bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə