Müasir ÖLÜLƏR – FELYETON

“Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin”, deyə hakimiyyəti-milliyyəti, xalqını hörmətdən salmağa sanki amadə olanlar, öz məmləkətinin əleyhinə çıxaraq ərbabları ilə əhdü-peyman bağlayanlar və bu səbəbdən də şamu-səhər banlayanlar əcəba, fərqində deyillərmi ki, cümlə xəyanətlərə bais olan insan nədir? Yaxud, xaricdəki kafe şantanlarda əylənməkdən qafalarını itirənlər, haqlı olan, bundan ziyadə də haqqın peşində olan məmləkətlərinin əleyhinə sərsəmləyən vətənşüvənlər utanmadan, qızarmadan öz bədnam əməlləri, tərzi-hərəkətləri ilə hər müdam vətənə xəyanət yolunu tutmaqda olduqlarını da anlamırlarmı, yahu? Ey müsəlmanlar, məmləkətinə düşmən kəsilən, küfr ilə məşhuri-dövran olan, xristian dini mənsubiyyətli yağıların, hayların dəyirmanına su tökən binəvalar əmrə müntəzir olaraq göftügulər qoparmaq üçün dəridən-qabıqdan çıxırlarsa, bilmərrə insanlığa belə sığmayan əməllərdə bulunurlar, cünki vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz.

“Müxtəsər, çəkmə yanımda bir də vicdan namini”, deyərək məmləkətinə qarşı haqsızlıq, vicdansızlıq edərək qara yaxan tifillərə əyan olmalıdır ki, çox qələtü-səhvü-xəta eyləyirlər. Mürği-səhər tək bir ağız banlayan kimi də dərhal, cümlə müsəlmanların düşməni olan ərbablarının hüzuruna, pişvazına ondan para qoparmaq üçün tələsirlərsə, deməli xəyanət girdabında batmaqdadırlar. Fitneyi-aləm törətmək istəyənlərə vallahi külli-ərz sərzəniş edir, tənələr vurur. Hətta öz məmləkəti, öz milləti barədə hərzəvu-hədyan danışanlar əşhədü billah ölü hesab edilirlər və əhli-hal onlar üçün careyi-mizacının olmadığı qənaətindədir. Onlara isnadi-qəbahət eylərkən də ayılmırlarsa, mәn eynən Kefli İskəndər sayağı, dağları, daşları, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә soruşaram ki, bunlara nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: “Ölülәr”. Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, haqq işi uğrunda, tarixi ədalətin bərpası uğrunda mübarizə aparan, öz torpaqlarını işğaldan azad edən Azərbaycan adlı vətəni barədə hədyan danışan vətənsizlərə, onların xəyanətkar hərəkətlərinə tamaşa eləsinlər və o zaman bütün yer üzünün tayfaları onları bir sәslә adlandırarlar: “Ölülәr!”. Bizdәn sonra gәlәnlәr də illәr uzunu onları yada salıb bir sәslә deyәcәklәr. “Ölülәr”.

Hər kəsə əyandır ki, İsfahan lotusu-Şeyx Nəsrullahın timsalında Nensi Pelosi ismində biri də məmləkəti-Ərməniyyədə peyda olub və guya ölü halında olan ölkəni də, onun ölmüş arzularını da, basdırdıqları niyyətlərini də dirildəcəkmiş, hansı ki, onun sözlərinə inanmağı özünə rəva bilən “Ölülər” də tapılır. Əşhədü-billah, günlərin bir günü, dan əzanından bir qədər sonra bir sözün qulaq şahidi oldum və bu sözün təsiri-nüfüzüna düşəcəyim zənni-gamanıma da gəlməzdi, çünki qabili-imkanmı olur qanmamaq? Müxtəsəri, bir Allah bəndəsinin “ölü Kərimli” dediyində hər kəsin qəhqəhə çəkdiyini duydum və dərhal sərrişteyi-tədbiri əldən verməyib düşünərkən söhbətin kimdən bəhs olunduğunu anladım. Mən bəndeyi-fəqir də qeyri-ixtiyari gülməyə başladım, amma canı bəcəhənnəm, deyib fikrimi dağıtmaq istəsəm də düşüncələrim buna imkan vermədi, bacarmadım, məni məzur tutun və boyləcə təklifi-məhalı unudun. Bəli, əmin oldum ki, Şeyx Nəsrullahın əqidə ortağı kimi peyda olan, artıq ölmüşləri dirildəcəyini ərz edən Nensi Pelosi adlı qoca, köhnə dərviş Ərməniyyəni barmağına sərmiş, dolamış və onun dəyirmanına su tökən Əli Kərimli və onun xarici ölkələrə qaçıb hədyan danışan, milli maraqlarımızın əleyhinə ağzını köndələn qoyan xain həmfikirləri, tərəfdarları millətin, xalqın gözündə elə həmin o Kefli İskəndərin dediyi “Ölülər” kimi görünürlər. Bunlar da müasir ölülərdirlər, özü də hər sözü bəhaneyi-təkfir etməkdədirlər. Görünür, rəhmətlik Cəlil Məmmədquluzadə “Ölülər” əsərini yazanda sapı özümüzdən olan xain xislətlilərin həmin o ölülərin varisi olacağını da bilirmiş.

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə