Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək
Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək.
SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB