Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində iştirak edib. Ölkə başçısı ŞƏT-in Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanı daha bir beynəlxalq layihənin əsas iştirakçısına çevirməklə bir ölkə olaraq beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət etmiş olacaqdır.
Postmüharibə dövründə Azərbaycanın yürütdüyü xarici siyasət, regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yaranan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadə edilməsi üçün Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb. Xüsusilə. Şimal-Cənub nəqliyyat dəhlizi əhəmiyyətli nəqliyyat dəhlizi olmaqla yanaşı iştirakçılara üstünlük faizi vəd edir.
Zəfər Qələbəsindən dərhal sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr sübut etdi ki, məqsəd təkcə torpaqları azad etmək deyil, onlara “yeni nəfəs” vermək, həmin ərazilərin bərpası ilə yanaşı inkişaf etdirilməsi idi. Sözsüz ki, münaqişənin həlli ümumilikdə regionun inkişafına təsir göstərəcək nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı.
Regionda davamlı sülhün bərpasına və region dövlətərinin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək bu nəqliyyat layihələrinin gələcək təhlükəsizliyi üçün Ermənistana 5 əsas prinsip ilə sülh sazişi təqdim edən Azərbaycan regionda sülhün təminatçısı qismində çıxış etməsinə baxmayaraq, qarşı tərəfin vaxtaşırı təxribatları və sülh prosesini pozmağa əsaslanan təxribatları ilə üzləşir.
Ermənistanın bu təxribatları bütün Cənubi Qafqazda sülhün təmin edilməsinə mane olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şanxayda qətiyyətli və geniş çıxışı bir daha haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırdı. Azərbaycan bütün qonşuları ilə sülh və təhlükəsizlik şəraitində yaşamaqda maraqlıdır. Lakin bizim torpaqlarımıza qarşı yönələn bütün cəhdlərin qarşısı Azərbaycan Ordusu tərəfindən alınacaqdır. Şanxay Sammitində ölkəmizin regional və beynəlxalq səviyyədə çox böyük zirvələr fəth etdiyinin şahidi olduq.
Loğman Müslümov
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB