Van Hambarsumyan: “Azərbaycan Silahlı Qüvvələrinin nə qədər nəhəng ərazini nəzarət altına aldıqlarını öyrəndikdən sonra şok keçirdim”
Ermənistanın hərbi-siyasi rəhbərliyinin sentyabrın 12-13-də planlaşdırdıqları təxribat-diversiya hərəkətlərinin qarşısı Azərbaycanın qəhrəman Ordusu tərəfindən qətiyyətlə alındıqdan sonra bu reallığı erməni hərbi ekspertləri də etiraf etməyə başlayıblar. “Azərbaycan Silahlı Qüvvələrinin nə qədər nəhəng ərazini nəzarət altına aldıqlarını öyrəndikdən sonra şok keçirdim. Bu, nəhəng rəqəmlərdir. Onların səslənməsini erməni hərbi rəhbərliyinin vicdanına buraxıram. Qoy onların özləri həmin rəqəmləri - əsirlərin, öldürülənlərin və yaralananların rəqəmlərini açıqlasınlar”.
Erməni hərbi eksperti: “Həmin ərazilər yalnız böyüklüyü baxımından deyil, həm də strateji əhəmiyyəti baxımından diqqət çəkməkdədir”
SİA xəbər verir ki, bu sözləri Ermənistanın tanınmış hərbi eksperti, əsasən öz mülahizə və rəylərində yalan informasiyalara yol verməyərək, obyektivliyi ilə seçilən Van Hambarsumyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hərbi rəhbərliyi Azərbaycan Ordusunun nəzarəti altına keçən ərazilərinin nə qədər əhəmiyyətli olduğunu hələ də anlamırlar. “Həmin ərazilər yalnız böyüklüyü baxımından deyil, həm də strateji əhəmiyyəti baxımından diqqət çəkməkdədir”, deəyn Hambarsumyan onu da bildirib ki, döyüşlər dayandırıldıqdan sonra strateji yüksəklikləri nəzarəti altına almağa müvəffəq olmuş Azərbaycan Silahlı Qüvvələri istər atəş məsafəsi, istərsə də vizual nəzarət cəhətindən demək olar ki, bir sıra strateji yolları izləyə bilir.
Hərbi ekspertinin fikirlərinin təməlində xüsusi təyinatlı dəstələrin və s. birliklərin müxtəlif relyeflərdə və dağlıq ərazilərdə peşəkarlıq səviyyələrinin yüksək hazırlıq faktoru dayanır
Van Hambarsumyan fikirlərinin sonunda daha bir diqqət çəkən proqnozunu irəli sürüb. O, tezliklə hərbi əməliyyatların davam edəcəyi fikrində olduğunu bildirib.

Qeyd edək ki, erməni hərbi ekspertinin fikirlərinin təməlində məhz Azərbaycan Silahlı Qüvvələrinin, xüsusi təyinatlı dəstələrinin və s. birliklərinin müxtəlif relyeflərdə və eləcə də dağlıq ərazilərdə peşəkarlıq səviyyələrinin yüksək hazırlıq faktoru dayanır. Təəssüf ki, bu dəfə də ağır məğlubiyyətə uğrayan düşmən tərəfi cəmi iki il əvvəl başlarına gələnləri tez unudurlar və görünür, zaman-zaman onlara bəzi xatırlatmaları etmək lazım gəlir, ta ki ağıllanana qədər. Görünür, Van Hambarsumyan tezliklə hərbi əməliyyatların davam edəcəyi fikrində olduğunu da həmin məntiqdən, eləcə də son proseslərdən doğan nəticələrdən çıxarışlar edərək bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB