Azərbaycanda səfərbərlik elan olunur? - DİQQƏT! - QURUM EKSKLÜZİV AÇIQLAMA VERDİ

Azərbaycanda səfərbərlik elan olunur? - DİQQƏT! - QURUM EKSKLÜZİV AÇIQLAMA VERDİ

Son zamanlar sosial şəbəkələrdə Azərbaycanda səfərbərliyin elan olunması ilə bağlı xəbərlər yayılıb. Guya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublika üzrə səfərbərlik elan edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, səfərbərliyin elan olunması, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: ““Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2. bəndinə əsasən səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Hazırda Azərbaycan Respublikası Prezidenti tərəfindən səfərbərliklə bağlı hər hansı sərəncam verilməmişdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə