Pelosinin Ermənistana səfəri regionda gərginliyin artmasına xidmət edir
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər gərginliyin daha da artırmasına xidmət edir. Söylənən fikirlər Azərbayanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını 44 gün davam edən müharibədə əldə etdiyi Tarixi qələbə nəticəsində bu regionda yaratdığı və dünya ölkələri tərəfindən qəbul edilən yeni reallıqları görməzdən gələrək Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədavəti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür.
Bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə cəbhənin Ermənistan vəAzərbaycan arasında delimitasiya və demakrasiya olunmamış sərhəd ərazisində Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı və ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olunmuşdur. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətingərginləşməsinin qarşısı alınır. Bu regionda vəziyyətin gərginləşdirilməsi və genişmiqyaslı hərbi təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi- siyasi rəhbərliyinin üzərinə düşür.
ABŞ Nümayəndələr Palatasının spikeri ABŞ-da ən qəti ermənipərəst siyasətçilərdən biri kimi tanınır. Ermənistana gələn nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, N.Pelosi də bu səfərdən ös siyasi məqsədləri və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi məsələlərin və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Təəssüflər olsun ki, ABŞ Nümayəndələr Palatasının spikerinin bu açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Ədalətdən danışan N. Pelosi bu vaxta kimi Azərbaycana qarşı Ermənistanın təcavüz, işğalçılıq siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi, milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.
N. Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir və bu Ermənistala Azərbaycan arasında hal-hazırda münasibətlərinnormallaşması istiqamətində atılan səylərə ciddi zərbədir və ümumilikdə bu regionda gərginliyin daha da artmasına xidmət edir.
Milli Məclisin deputat
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB