Bu prosesdən də Azərbaycan Ordusu və Azərbaycan xalqı qalib çıxacaq

Bu prosesdən də Azərbaycan Ordusu və Azərbaycan xalqı qalib çıxacaq

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Şanlı Qələbə ilə başa çatdırdı.Böyük Qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına, bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına başlanıldı. İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfər edən dövlətimizin başçısı erməni vəhşiliyinə məruz qalmış rayon və kəndlərimizin bərpası istiqamətində tapşırıqlarını verdi, önəmli layihələrin təməlini qoydu.

Azərbaycan öz tarixi torpaqlarında həyata keçirdiyi infrastruktur layihələri ilə regiona yeni bir nəfəs, eyni zamanda yeni bir inkişaf dinamikası gətirdi. İşğalçı Ermənistanın həyata keçirdiyi vandalizm siyasətindən sonra Azərbaycanın başlatdığı quruculuq siyasəti qonşu və dost dövlətlər üçün əməkdaşlıq baxımından yeni istiqamətlər və imkanlar yaratdı.

Cənab Prezidentin müxtəlif istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda hərbi quruculuq, xarici siyasət, vətənpərvər,sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində qərarlaşıb.Prezidentin ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən də yüksək qiymətləndirilir. Prezidentin adı və şəxsi təşəbbüsləri nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir.

Cənab Prezidentin çıxışlarında qeyd etdiyi kimi , bizim üçün döyüş səhifəsi arxada qalıb və düşmənlə artıq regionda sülh sazişinin imzalanması istiqamətində real addımlar atırıq və çox təəssüflər olsun ki, Azərbaycanın Ermənistana uzatdığı “sülh əli”ni Ermənistan normal qaydada sıxa bilmir və sıxdığı əlin arxasında dura bilmir,hansı ki, Ermənistan dövlətinin taleyi Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır.

Bu gün Azərbaycanın regionda həyata keçirdiyi geniş miqyaslı quruculuq və bərpa işlərinin fonunda ermənistanın revanşist qüvvələri və həmin revanşist qüvvələrə dəstək göstərən erməni diaspora və lobbi təşkilarlarının gözü bu prosesi götürmür və bu proseslə barışmaq istəmirlər.

Ermənistan silahlı qüvvələrinin 12-13 senytyabr tarixlərində irimiqyaslı təxribata əl atması son bir necə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutması,ordumuzun hərbçiləri ilə yanaşı Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəfə alması və təminat yollarının minalanması dünya mediasının diqqət mərkəzindədir. Xarici mətbuat orqanları Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə toxunulur.

Ermənistan həmişə müşahidə olunduğu kimi müstəqil siyasət yeridə bilməyib.Cənubi Qafqaz Regionunda münaqişənin sanki, hələ də davam etdiyi təəssüratının formalaşmasında maraqlı olan tərəflər var və müvafiq olararaq da Ermənistan hələ də kənardan təlimatlar almaqdadır. Məsələn, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Ermənistanın baş nazirnin iştirakı təxirə salındı. Baş verən proseslərə istinad olaraq bildirmək olar ki, onu bu səfərdən çəkindirən qüvvələr oldu və bu təbii ki, Qərb dairələridir. Məqsəd də ondan ibarətdir ki,Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını ləngitsinlər.

Azərbaycan, Rusiya, Türkiyə əməkdaşlığı formatında Cənubi Qafqaz regionunda sülhü və təhlükəsizliyi təmin etmək mümkün olacaq və Ermənistan da bütün cəhdlərinə baxmayaraq Azərbaycanın başlatmış olduğu sülh prosesi ilə razılaşmalı olacaq.

Hər bir halda İkinci Qarabağ Müharibəsində olduğu kimi, bu prosesdən də Azərbaycan Ordusu və Azərbaycan xalqı qalib çıxacaq.

Fəqani Məhərrəmov

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Yuxarı Mollu kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə