Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan geri aldıqları ərazidə İzyumda kütləvi məzarlıq tapdıqlarını açıqlayıb. SİA xəbər verir ki, Ukrayna ordusunun Xarkov vilayətində başlatdığı əks hücumda 40-dan çox yaşayış məntəqəsinin Rusiya ordusundan geri alındığı açıqlanıb. Zelenski həmçinin bildirib ki, bu bölgədə 3 min kvadrat kilometr əraziyə nəzarət bərpa olunub.
Döyüş meydanından alınan açıqlama və məlumatlara görə, Ukrayna qüvvələri Vovçansk, Şevçenkova, Kupyanks, İzyum kimi strateji əhəmiyyətli yaşayış məntəqələrinə daxil olub. Bildirilir ki, Ukrayna qüvvələri Xarkov cəbhəsində irəliləyişlərini davam etdirir. Zelenski Rusiya qüvvələri ilə toqquşmadan sonra Ukrayna qüvvələri tərəfindən geri alınan Xarkov vilayətinin İzyum şəhərinə səfər edib. Ukraynadan gələn bəzi məlumatları Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Sentyabrın 10-da Rusiya öz ordusunun əvvəllər ələ keçirdiyi Xarkov vilayətinin İzyum və Balakliya şəhərlərindən geri çəkilməyə başladığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB