Türkiyə və Azərbaycan daim tək səs, tək ürəkdir - Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib.
SİA xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
"Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. Türkiyə və Azərbaycan daim tək səs, tək ürəkdir", - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB