“Bu cür fəaliyyət göstərən şəxslər məsuliyyətə cəlb edilməlidir” - PARTİYA SƏDRİ AÇIQLADI
“Təəssüflər olsun ki, müxalifət adı altında gizlənib xainlik nümayiş etdirənlər var. Əli Kərimlinin açıqlamasını oxudum. Həmin açıqlamanı oxuduqdan sonra şok keçirdim. Bu gün Azərbaycan xalqı Qarabağ uğrunda mübarizə aparır. Belə bir vəziyyətdə Azərbaycanı vurmağa və Azərbaycan rəhbərliyini zəif salmağa çalışmaq Azərbaycan dövlətçiliyinə birbaşa xəyanət aktıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, özünü alim adlandıran, Azərbaycan xalqının düşməni, azərbaycanlı adını daşımağa layiq olmayan Altay Göyüşov açıq-aşkar şəkildə bəyan edir ki, “mən Azərbaycanın Ermənistana qarşı təcavüzünü lənətləyir və pisləyirəm”: “Belə bir adamın azərbaycanlı adını daşımağa haqqı yoxdur. Əlavə olaraq bu gün Azərbaycan xalqına özünü sırımağa çalışan şəxslər müxalifət adı altında çox aldadıcı fikirlərlə çıxış edirlər. Onlar başa düşmürlər ki, bu sərsəm fikirlər birbaşa Ermənistana dəstək vermək deməkdir. Çünki bu cür həssas bir dövrdə dövlətə qarşı çıxmaq birbaşa xəyanətkarlıqdır. Hesab edirəm ki, bu cür fəaliyyət göstərən şəxslər məsuliyyətə cəlb edilməlidir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB