Kraliça II Elizabetin cənazəsi Bekinqem sarayına gətirilib

Kraliça II Elizabetin cənazəsi Bekinqem sarayına gətirilib

Kraliça II Elizabetin cənazəsi bu gün 20:00 radələrində (Bakıda 23.00) Edinburqdan Bekinqem sarayına gətirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cənazəyə baxmaq üçün minlərlə insan qabaqcadan sarayın darvazaları ətrafında toplaşıb.

Cənazə sabah saraydan Vestminister Sarayına gətiriləcək və 4 gün ərzində icitmaiyyətə açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə