YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib FOTOLAR
Bu gün YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. Qana ehtiyacı olan insanların köməyinə çatmaq məqsədi ilə təşkil edilən aksiyada YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, gənc partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu nəcib və humanist xarakterli aksiyaya yüksək həvəslə və könüllü olaraq qoşulan partiya fəalları Məzkəzi Qan Bankının Gəncə Regional bölməsinə gələrək qan veriblər. Qeyd edək ki, partiya üzvlərinin vətənpərvərliyindən xəbər verən aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanlara böyük yardım edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB