“Zəngilanda inşa edilən beynəlxalq hava limanı Füzuli Beynəlxalq hava limanından sonra Qarabağda sayca ikinci, Şərqi Zəngilanda isə birinci hava limanıdır. Hava limanına ilk texniki uçuşun uğurla yerinə yetirilməsi unudulmaz bir hadisə kimi uzun müddət xatırlanacaqdır. Çünki iki il bundan əvvəl bu torpaqlar düşmən əsarəti altında olduğu halda, indi - az bir müddətdə bu ərazilərdə möhtəşəm bərpa, təmir-tikinti, quruculuq işlərinin aparılması, yeni magistral yolların çəkilməsi, körpülərin salınması, evlərin tikilməsi, əhalini bu yerlərə qayıdışı həqiqətən də unudulmazdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə xüsusilə vurğulayıb ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar və verdiyi tapşırıqlar nəticəsində mümkün olub.
“Əlverişli coğrafi ərazidə inşa edilən Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həllində, insanların rahat həyatının təmin edilməsində mühüm rol oynayacaqdır. Dünya standartlarına tam cavab verən təyyarə limanının inşaası Azərbaycanın davamlı, yüksək iqtisadi inkişafından xəbər verir. Belə hava limanlarının inşası, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, turizmin inkişafı baxımından da çox əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB