"27 sentyabr böyük Zəfərə gedən yolun başlanğıcıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"27 sentyabr dedikdə torpaqlarımızın bütövləşdiyinin başlanğıcı kimi başa düşürük". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, biz 27 sentyabr dedikdə qürurlanırıq: "Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz onların qəhrəmanlığı və fədakarlığı ilə bu torpaqları işğaldan azad etdik. İkinci Qarabağ müharibəsinin başlanğıc günü olan 27 sentyabr bizim üçün çox vacib gündür. Başımızı dik tutmalı, bizə ikinci dərəcəli millət kimi baxan dünyaya torpaqlarımızı müdafiə etdiyimizi göstərməliyik. 27 sentyabrda bizə Türkiyənin, Pakistanın və bir çoxlarının qardaşlığını və düşmənçiliyini gördük. 27 sentyabr bizim üçün çox müqəddəs gündür. Həmin döyüşlərdə öz övladım da müharibədə iştirak edirdi. 27 sentyabr Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığı gündür. Bu gün Şuşaya, böyük Zəfərə gedən yolun başlanğıcıdır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB