Fransa prezidenti Yunanıstanın baş naziri ilə NƏYİ MÜZAKİRƏ ETDİ? - DETALLAR
Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Fransanın paytaxtı Parisdə görüşüb. SİA xəbər verir ki, Mitsotakisi Parisdə qəbul etməkdən məmnunluğunu ifadə edən Makron, ikitərəfli əlaqələr, Avropa İttifaqının (AB) təqvimi, geosiyasi kontekst və enerji mövzusunu müzakirə edəcəklərini bildirib.
Fransanın yayda qarşılaşdığı meşə yanğınları ilə mübarizədə Yunanıstanın dəstəyinə görə təşəkkür edən Makron bu həmrəyliyi unutmayacaqlarını bildirib. Fransa və Yunanıstan arasında keçən il müdafiə və təhlükəsizlik sahəsində strateji ortaqlığa dair əldə olunan razılaşmaya toxunan Makron, bu tərəfdaşlığı daimi saxlamaqla, Aİ-nin suverenliyi və ortaq maraq bölgələrinin təhlükəsizliyi, sabitliyi və rifahı üçün çalışdıqlarını bildirib.
Avropa qitəsindəki vəziyyəti nəzərə alaraq, Fransa və Yunanıstanın xarici siyasət, müdafiə sənayesi və hərbi sahədə strateji məsələlərdə əməkdaşlıq və həmrəyliyinin daha böyük dəyərə malik olduğunu qeyd edən Makron, “Təxribatlar təkrarlanan və suverenliyi şübhə altına alan qəbuledilməz bəyanatlar idi. Yunanıstanın xarici işlər nazirinə bunu əvvəllər demək imkanım olduğu üçün burada tam dəstəyimizi açıq və qətiyyətlə bildirmək istərdim”.
Bu strateji ortaqlığın uzun bir yol keçdiyini və daha da irəli gedəcəyini ifadə edən Makron, “Bu səbəblə, xüsusilə Şərqi Aralıq dənizində hər hansı bir qarışıqlığın yer almasına imkan verməyəcəyik" ifadəsini işlədib.
Makron bildirib ki, Mitsotakis ilə birlikdə qlobal ərzaq böhranı ilə yanaşı, Ukrayna-Rusiya müharibəsi fonunda Ukraynaya dəstək və bu ölkənin yenidən qurulması, nüvə təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB