"Dövlət başçısının siyasətində sosial məsələlər ciddi yer tutur" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində sosial məsələlər və onların həlli çox ciddi yer tutur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, vaxtaşırı dövlət başçısının şəxsi iştirakı ilə bu və ya digər sosial obyektin açılışının, hansısa bir sosial məsələ ilə bağlı sərəncam verdiyinin şahidi oluruq: "Onun dünən Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirakı bir daha göstərdi ki, belə məsələlər ölkə başçısının daim diqqətindədir. İl ərzində onlarla belə obyektlər açılıb. Respublikanın demək olar ki, bütün bölgələrində xəstəxanalar təmir edilib. Diaqnostik mərkəzlər tikilib, tibb ocaqları müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda tibb sahəsində özəl obyektlərin açılmasına dövlət tərəfindən böyük dəstək vardır. Həmçinin onların fəaliyyətinə müvafiq strukturlar tərəfindən ciddi nəzarət edilir ki, göstərilən tibb xidməti günün tələblərinə cavab versin.
İş yerlərinin açılması, minimum əməkhaqqının artırılması, pensiyaların artırılması məsələləri də dövlət başçısının nəzarəti altındadır. Qarşıdan 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi gəlir və inanırıq ki, biz gələn ilin büdcəsində sosial sahəyə daha çox vəsaitin artırılmasının şahidi olacağıq. İşğaldan azad olunan zonalarda məktəblər, xəstəxanalar tikilir. Ümumən götürdükdə Azərbaycanın inkişafında sosial sahənin, xalqın maraqlarına cavab verən məsələlərin öndə olmasının şahidi oluruq. Sosial və humanitar məsələlər eyni zamanda ölkənin birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Onun özünün ayrı-ayrı obyektlərin açılışında iştirakı, regionlara səfəri zamanı sadə ailələrlə görüşü bir daha göstərir ki, bu məsələlər daima ölkə Prezidentinin, birinci vitse-prezidentin diqqətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB