“Müxalifət düşərgəsi tükənib” - AÇIQLAMA

“Müxalifət düşərgəsi tükənib” - AÇIQLAMA

“Əli Kərimli və Cəmil Həsənli siyasi fəaliyyətlərində, məqsədlərində ancaq qərəzli mövqedən çıxış edən, dövlətimizin əldə etdiyi nailiyyətlərdən, uğurlardan, qələbələrdən qıcıqlanan ünsürlərdir”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan fermeri” qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov deyib.

Onun sözlərinə görə, müxaliflər dövlət başçımızın apardığı siyasətin daha çox əhəmiyyətli nəticəsi olmasından narahat olaraq müxtəlif böhtan xarakterli fikirlər səsləndirirlər: “Onların istəkləri hakimiyyətin əldə etdiyi nailiyyətləri süni formadan gözdən salmaqdır. Ancaq onların nə etməsindən və istəməsindən asılı olmayaraq istəkləri heç vaxt baş tutmayacaq. Sosial şəbəkələrdə insanları aksiyalara dəvət edirlər. Lakin cəmiyyət bu mitinqlərin əhəmiyyətsizliyini dərk edərək, çağırışlarımı rədd edirlər. Həm də, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda onlar hansı mitinqlərin keçirilməsindən danışa bilərlər? Müxaliflər sadəcə olaraq bir müddət gündəmdə qalmaq üçün anormal çağırışlarla çıxış edirlər. Birmənalı şəkildə demək olar ki, artıq müxalifət düşərgəsini təmsil edən şəxslər tükəniblər. Belələri məhvə məhkumdur. Əminəm ki, belə də olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə