Erməni təxribatlarına CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Erməni təxribatlarına CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Azərbaycan istər iqtisadi göstəricilərinə, istər Silahlı Qüvvələrinin gücünə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Bunun da bariz nümunəsi Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir. Amma Ermənistan tərəfi acınacaqlı məğlubiyyətinə baxmayaraq, yenidən təxribatlara əl atıb. Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur.

SİA ermənilərin sərhəddə mütəmadi olaraq törətdiyi təxribatçı əməllərlə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Şəhər sakini Ümid Amil: "Ermənilər ömür boyu təxribatllara əl atıb. Bu, onların qurma bir siyasətidir. Onlar Azərbaycan xalqına vəhşilik törətməklə bərabər, həmçinin ekoloji terror da törədiblər. Düşünürəm ki, bununla bağlı tədbirlər görülməlidir. Əlbəttə ki, Azərbaycan tərəfi Ermənistanın bu təxribatlarının qarşısını müvəffəqiyyətlə aldı".

Şəhər sakini Aminə Quliyeva: "Hesab edirəm ki, Ermənistanın işğaldan azad olunmuş torpağlarımızda etdiyi təxribatların bir çox səbəbi var. Bu səbəblərdən biri də, Ermənistanın daxilində olan çəkişmələr və hakimiyyətdə olan qruplaşmalardır. Azad olunmuş torpaqlarımızda təxribatlar baş verdikdə, vətəndaşlarımızdan eşitmək olur ki, nəyə görə rus sülhməramlıları orada sakitçiliyi qoruyub saxlamır. Amma birmənalı şəkildə deyə bilərəm ki, bu edilən təxribatları rus sülhməramlılarının üzərinə atmaq olmaz. Çünki bu təxribatların olması Rusiyanın maraqlarına uyğun deyil. Ancaq Ermənistanın daxili siyasətində qarışıqlıq var. Müxalifətlə hakimiyyət arasında çox böyük qarşıdurmalar hökm sürür. İstər Sarkisyanın, istərsə də Köçəryanın Paşinyana qarşı onun hakimiyyətdən getməsi üçün edilən təxribatlardır. Bildiyiniz kimi Qarabağda hələ də Köçəryanın keçmiş silahlı dəstələri, qruplaşmaları qalmaqda davam edir. Bəlkə də bu təxribatları edən onun dəstələridir. Çünki bizim Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Paşinyana elə bir “Dəmir yumruq” vurdu ki, Paşinyan risk edib bu addımı bir daha atmaz. Bir daha Allah əsgərlərimizi qorusun. İnşallah bu təxribatlar birdə yaşanmaz”.

Şəhər sakini Məzahir Nəbiyev: "Təxribatlarla bağlı onu deyə bilərəm ki, Ermənistan son çırpınışlarını edir. İstər hakimiyyət olsun, istərsə də müxalif qüvvələrin Ermənistan hakimiyyətində heç bir gücü və nüfuzu qalmayıb. Onların silahlı birləşmələri bu təxribatları edərək sanki gündəmdə qalmağı, kimlərdənsə yardım almağı umurlar. Amma onu da anlamalıdılar ki, artıq onların köməyinə heç kim çata bilməz. Əgər belə təxribatlar davam edərsə, bu səfər şanlı ordumuz Ermənistanı yer üzündən tamamilə siləcək. Allah ordumuzu qorusun”.

Şəhər sakini Zülfiyyə Əliyeva: "İkinci Qarabağ döyüşlərində Azərbaycanın gücünü çox açıq şəkildə bütün dünyaya ordumuzun qələbəsi ilə göstərdik. Ermənistanın bizim azad etdiyimiz torpaqlarımızda etdiyi təxribatları sadəcə özlərinə bir təssəli kimi edirlər. Amma onuda bilmirlər ki, əgər bizim ordumuz yenidən ayağa qalxsa o zaman onlar üçün hər şey yaxşı sonluqla qurtarmaz. Bunun üçün də özlərini yığışdırmalı və etdikləri bu təxribatları dayandırmalıdırlar”.

Şəhər sakini Elton Məmmədov: “Sərhədlərimizdə tez-tez ermənilərin atəşkəsi pozması, yerlərində dinc qalmamasının səbəbi mənim fikrimcə, hər kəs üçün məlum məsələdir. Bildiyiniz kimi kapitulyasiya imzalandıqdan sonra yenidən tez-tez sərhədlərimizi pozan ermənilərə ordumuz tərəfindən layiqincə cavab verilib. Ermənistanın sərhədlərimizi pozmağın səbəblərindən biri də fikrimcə, yeni sərhədlərin müqaviləsinin imzalanmaması üçün edilən bir təxribatdır. Ermənistan artıq son nəfəslərini verir, onlar ölü bir dövlətdir. Elə etməsinlər ki, onlara qarşı yenidən “Dəmir yumruq” işə salınsın".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə