İki ölkə arasında siyasi məsləhətləşmələrin vaxtı müəyyənləşib

İki ölkə arasında siyasi məsləhətləşmələrin vaxtı müəyyənləşib

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə ilə Gürcüstan arasında siyasi məsləhətləşmələrin sentyabrın 7-də Gürcüstanda keçiriləcəyini açıqlayıb. SİA xəbər verir ki, nazirlikdən Türkiyə ilə Gürcüstan arasında keçiriləcək siyasi məsləhətləşmələrlə bağlı açıqlamada qeyd olunub: “Ölkəmizlə Gürcüstan arasında siyasi məsləhətləşmələr 7 sentyabr 2022-ci il tarixində Gürcüstanda xarici işlər nazirinin müavini səfir Sedatın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçiriləcək. Önal və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia məsləhətləşmələrdə strateji tərəfdaşımız və yaxın qonşumuz Gürcüstanla ikitərəfli münasibətlərimiz nəzərdən keçiriləcək, regional və beynəlxalq hadisələr müzakirə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə