Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub. SİA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Ceyms Kleverli Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi təyin olunub.

Qeyd edək ki, o, öncəki hökumət kabinetində təhsil naziri postunda idi.

Bütün xəbərlər Facebook səhifəmizdə