“Azərbaycan öz bölgəsində parlayan ulduzdur” - SABİQ SƏFİR AÇIQLADI

“Azərbaycan öz bölgəsində parlayan ulduzdur” - SABİQ SƏFİR AÇIQLADI

“Ulu Öndər Heydər Əliyevin təməli qoyduğu Azərbaycan gündən-günə inkişaf edir. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan üçün yeni bir mərhələ başladı”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Ulu Öndərin fikrincə iqtisadi gücü olmayan dövlətlərin siyasi və hərbi gücü olmaz: “Artıq Azərbaycaniqtisadi gücü olduğuna görə, həmçinin də siyasi və hərbi gücü də var. Bunu 44 günlük Vətən müharibəsi zamanı sübut edib. Bu gün Avropa İttifaqının Azərbaycana verdiyi önəmi açıq şəkildə görə bilirik. Bu gün Azərbaycan Avropa və Balkan ölkələrinə qaz ixrac edir. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda regionda torpaqlarını işğaldan azad etmiş, güclü bir Azərbaycan var. Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətləri dünyanın diqqət mərkəzindədir. Həmçinin hər iki ölkənin də Türk Dünyası Dövlətləri Təşkilatındakı yeri çox önəmlidir. Azərbaycan öz bölgəsində parlayan ulduz, gündən-günə güclənən dövlətdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə