“Ermənilərin bütün vədləri və danışdıqları yalan üzərində qurulub” - AÇIQLAMA
“Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və Brüsseldə verdiyi vədlərini heçə endirir”. Bu fikirləri millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ermənilər etibarlı deyillər və onlarla danışıq masası üzərində nəyəsə nail olmaq çox çətindir: “Çünki, onların bütün vədləri və danışdıqları yalan üzərində qurulub. Ona görə də, mütləq şəkildə bu lazımsız məxluqları ancaq güc yolu ilə yola gətirməliyik. Son günlər atəşkəs rejiminin mütəmadi pozulması və rəsmilərin qanunsuz şəkildə ərazilərimizə gəlişi Ermənistanın sülh imzalanmaq prosesindən çox uzaq olduğunu göstərir. Bu günə qədər nail olduğumuz bütün məsələlərə də güc yolu ilə çatmışıq. Hətta Qisas əməliyyatı keçirməsəydik erməniləri Laçın dəhlizindən də çıxartmaq çətin olardı. Hesab edirəm ki, Ermənistan havadarların sifarişi ilə hərəkət edilir. Bu ölkənin rəhbərinin sözünün nə gücü var, nə də nəisə müstəqil həll etmək qabiliyyəti. Çünki bu ölkə ümumən müstəqil deyil. Ona görə də, proseslər danışıqlarda razılaşdırılır və nəticəsiz qalır. Hesab edirəm ki, erməni özbaşınalıqların qarşısını almaq üçün Ermənistandan Qarabağa gələn yolda post qurub nəzarətimizi bərpa etməliyik. Əks halda sülhməramlılar istədiklərini ərazilərimizə buraxacaqlar və belə təxribat hərəkətləri mütəmadi baş verəcəkdir. Ermənistanı sülhə məcbur etmək üçün Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini hərbi əməliyyat keçirməklə azad etməliyik. Bu gün delimitasiya və demarkasiya prosesinin uzanması ancaq bu məsələ ilə bağlı olduğunu hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB