Tiqran Abramyan: “Yeni cinayət işləri açılacaq”
Ermənistanda həbslər dalğası davam edir. Belə ki, həbslərin iki paralel istiqamətdə aparıldığı görünməkdədir. Bir tərəfdə dövlətə xəyanətdə və xarici agenturalarla iş birliyində ittiham edilərək istintaqa cəlb edilənlər dayanır, digər tərəfdə isə 44 günlük müharibə zamanı mövqelərini qoyub-qaçan yüksək rütbəli zabitlər saxlanılırlar. Onların içində Qarabağ separatçıları daha çoxdur. Misal üçün, Mikael Arzumanyan, Cəlal Arutyunyan və s. yüksək rütbəli “vəzifə sahibləri” artıq istintaq altına alınaraq sorğu-suala cəlb ediliblər.
Bu arada, müxalifətin parlamentdəki “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan yuxarıda adları çəkilən generalların cinayət işlərini şərh edərkən bənzər həbslərin davam edəcəyini istisna etməyib.
Erməni deputatı: “Qanunlar və qəbul edilən qərarlar ordunun müdafiə gücünün artırılmasına yönəlməyib”
Lakin o əlavə edib ki, silahlı qüvvələr Nikol Paşnyan iqtidarı üçün heç də birinci dərəcəli hesab olunmur. SİTAT: “Qanunlar və qəbul edilən qərarlar ordunun müdafiə gücünün artırılmasına yönəlməyib. Ölkədə qeyri-peşəkar kadrlar təyin edilirlər ki, onlar partiyadaxili maraqlara xidmət göstərirlər”.
Erməni deputatı yeni həbslərin də baş verəcəyini istisna etməyib və bildirib ki, həbs olunacaq şəxslərin siyahıları çoxdan hazırdır və qalır onlarınn saxlanılaraq istintaqa cəlb edilmələrinə ki, artıq Nikol Paşinyan bunun üçün qırmızı düyməyə basıb.
Xatırladaq ki, Ermənistan KİV-lərində növbəti qurbanın qondarma “dqr”in saxta generallarından olan Samvel Babayanın olduğu bildirilir və artıq onun da həbsinə hazırlıqların aparıldığı iddia olunur.
Qeyd edək ki, həbs edilən yüksək rütbəli zabitlərin hər biri yalnız 44 günlük İkinci Qarabağ müharibəsində deyil, eləcə də Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak ediblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB