“Armenianreport”un siyasi yazarından çoxsaylı etiraflar
Ermənilərin sonrakı ağılları işə düşüb və artıq onların əksər çoxluğunun düşdükləri acı, ağır və çıxılmaz vəziyyətlərindəki günahkarların məhz özlərinin olduqlarını etiraf etmələri hallarına da son vaxtlar tez-tez rast gəlməkdəyik. Bu xüsusda, Ermənistanın aparıcı saytlarından olan “Armenianreport”un siyasi yazarı Romella Mnatsakanyanın “Ermənistanın itkilərini necə minimallaşdırmaq?” sərlöhvəli şərhindəki fikirləri də məhz sözügedən fakta bağlaya bilərik.
Erməni siyasi yazarı məqaləsində bildirir ki, Azərbaycan artıq çoxdandır əhəmiyyətli Qərb partnyoru ilə öz yerini möhkəmləndirib, lakin Ermənistan və Rusiya (Rusiyanın buraya hansı aidiyyatının olduğu anlaşılmazdır-R.R.) həmin məqamı buraxıb.
Romella Mnatsakanyan mövzuya idmançı baxışından da yanaşıb və qeyd edib ki, istənilən idmançı rəqibinin gücünü doğru qiymətləndirə bilməyəndə nə qədər böyük səhvə yol verdiyini təsdiq edə bilər. SİTAT: “Böyük siyasətdə də işlər məhz bu cürdür. Təəssüf ki, görünür biz Azərbaycana doğru qiymət verə bilməmişik...”
“Proses Azərbaycanın ssenarisi əsasında gedir”
Siyasi analitik paralel olaraq Brüssel görüşlərini də mövzuya daxil edib və yazır: “Gəlin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə sayca dördüncü Brüssel görüşünü qiymətləndirək. Əgər qısa desək, biz rəsmi Bakının növbəti dəfə öz maraqlarını tətbiq etdiyini görə bilərik. Əgər baş verənləri sülh prosesi kimi adlandırsaq, həmin proses Azərbaycanın ssenarisi əsasında gedir”.
Romella Mnatsakanyan bu məsələdə bir neçə məqamları önə sürüb. SİTAT: “Əgər əvvəllər “Dağlıq Qarabağ” terminindən istifadə edilirdisə və həmin termin subyektliyi ifadə edirdisə, eləcə də “Qarabağın erməni əhalisi” haqqında və onların təhlükəsizlik zəmanətlərindən danışılırdısa, indi bu yoxdur. Hə, bütün bunları bizim hakimiyyətin axmaqlığı və satqınçılığı üzərinə yıxmaq üçün böyük istək var. Lakin bu, manipulyativ mövqe olacaq və həqiqəti əks etdirməyəcək”.
Erməni siyasi yazarı bir tərəfdən əvvəlki iqtidarların səhvlərini sadalayır, digər tərəfdən özü ciddi səhvə yol verir və unudur ki, “artsax” deyilən kvazidövlət yoxdur, olmayıb, heç bir halda tanınmayıb və bundan sonra da mövcud olmayacaq!
Onun qeydlərinə görə, həqiqət bundan ibarətdir ki, Ermənistan gücdən düşməyib, Azərbaycan güclənib: “Levon Ter-Petrosyan istisna olaraq bütün prezidentlərin və baş nazirlərin səhvləri ondan ibarət olub ki, onlar baş verəcək prosesləri əvvəlcədən görə və adekvat tədbirlər tətbiq edə bilməyiblər. Onların hamısı Belə bir uzaqgörənliyin olmaması kifayət qədər ağır nəticələrə gətirib-çıxardı, amansız oldu”.
Mnatsakanyan əlavə edir ki, nəticədə “artsaxın” 80%-i “itirildi” (?!-R.R.). Halbuki erməni işğalçılıq düşüncəsinə aid olan bu fikir də bütövlükdə erməni cəmiyyətini məhvə doğru sürükləyir və maraqlıdır ki, adıçəkilən erməni siyasi yazarı bir tərəfdən əvvəlki iqtidarların səhvlərini sadalayır, digər tərəfdən özü ciddi səhvə yol verir və unudur ki, “artsax” deyilən kvazidövlət yoxdur, olmayıb, heç bir halda tanınmayıb və bundan sonra da mövcud olmayacaq. Yəni qısacası, Qarabağ Azərbaycandır!
Beləliklə, hətta Ermənistanın da tanımağa cürət etmədiyi “artsaxın” dünya üçün əhəmiyyətsizliyə çevrildiyini yazan analitik onu da qeyd edib ki, dünya Azərbaycanın gündəmi ilə barışıb, yəni Bakının diktəsi birmənalı olaraq qəbul edilməkdədir.
Maraqlıdır ki, Romella Mnatsakanyan nədənsə erməni məsələsinin gözünə Rusiyanı da qatıb və iddia edib ki, yalnız Ermənistan baş verənlərlə barışmayıb, eləcə də Rusiya son 200 ildə Qafqazda məğlub duruma düşüb. “İndi burada hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir”, deyə “Armenianreport”un siyasi şərhçisi bildirib. Həmçinin əlavə edib ki, həmin tandem Qarabağda hərbi əməliyyatların başlamasına və Rusiyanın tarixi və strateji müttəfiqinin məğlub olmasına gətirib-çıxardı.
Təbii ki, Mnatsakanyan Zəfər paradında məhv edilmiş Rusiya istehsallı erməni hərbi-zirehli texnikalarının da keçirildiyini xatırladıb və qənimətləri bütün dünyanın gördüyünü yazıb: “Və Rusiya buna qarşı müqavimət göstərə bilmədi. İndi isə o daha da zəifləyib və Ukrayna bataqlığında batmaqdadır”.
“Azərbaycan Prezidentini əsas qonaq kimi Foruma dəvət edən İtaliyanın prezidenti Serdco Matarella və nazirlər Şurasının sədri Mario Draqidir, bu, mühüm əlavədir ki, baş verənləri daha aydın anlayasan...”
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinə, eləcə də Çernobbiodakı Forumda irəli sürdüyü bir sıra əhəmiyyətli fikirlərinə də toxunan erməni yazarı etiraf və təsdiq edib ki, bəli, dünya daha heç vaxt fevral ayına qədərki kimi olmayacaq. SİTAT: “Azərbaycan Prezidentini əsas qonaq kimi Foruma dəvət edən İtaliyanın prezidenti Serdco Matarella və nazirlər Şurasının sədri Mario Draqidir, bu, mühüm əlavədir ki, baş verənləri daha aydın anlayasan...”
Söz yox ki, araqarışdırıcılıq missiyasını da üzərinə götürdüyünü yazdığı məqaləsi ilə istifadə edən erməni siyasi yazarı bu məsələdə necə deyərlər, Rusiya ilə Azərbaycanın arasında öz təbirincə pəl vurmağa cəhd edib. Məsələn, yazıb ki, Azərbaycan Rusiya Federasiyasını Avropanın təbii qaz bazarlarından sıxışdırıb-çıxarır və s...
Halbuki, Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Azərbaycan Rusiya ilə rəqabətə girmək fikrində deyil və qəbul edilən qərarlar da Rusiya qarşı istifadə olunmur. Və görünür, erməni yazarı həmin iddialarını irəli sürərkən unudur ki, Rusiya yalnız Ermənistanın müttəfiqi deyil, habelə Azərbaycanla da müttəfiqlik sazişinə malikdir!
Nəticə olaraq Romella Mnatsakyanın fikirlərindən belə bir nəticə hasil etmək olar – o bir tərəfdən Ermənistanın səhvlərini etiraf edir və hazırkı dövrə qədər sürülən siyasətlərin ölkəni uçuruma sürüklədiyini bildirir, digər tərəfdən Azərbaycanın gücünü etiraf etməklə Rusiya ilə münasibətlərinə xələl vurmağa yönələn fikirlərini ifadə edir. Düzdür, Rusiyada bu kimi çığır-bağır salan isterik yazarlara elə də ciddi əhəmiyyət verilmir, amma biz də etiraf edək ki, faktiki olaraq Romella Mnatsakanyan qarşıda Ermənistanı daha ağır bəlalar gözləyəcəyi proqnozunu irəli sürür. Misal üçün, məqaləsinin sonunda bildirir ki, yeni reallıqları qiymətləndirərkən qarşıdan gələn bəlaları minimallaşdırmaq üçün yollar axtarılmalıdır. “Situasiyanı dəyişdirmək üçün təəssüf ki, söhbət belə gedə bilməz. Düşməni düzgün qiymətləndirməməmkə biz zamanı itirdik və kifayət qədər sərf etməyən mövcud halla üzləşməyə məcbur olduq”, deyə fikirlərini tamamlayan Mnatsakanyan bir həqiqəti də unutmamalıdır – erməninin sonrakı ağlı işə düşərkən çox gec olur və Ermənistanın, erməni ictimaiyyətinin daha ağır bəlalara düçar olmamalrı üçün onlar bundan sonra bir daha “artsax” kəlməsini dillərinə belə gətirməməlidirlər və biz hələ Zəngəzuru və s. demirik!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB