"Brüssel formatı sülh gündəmini təsdiqlədi" - SİYASİ EKSPERT İZAH ETDİ
"Ermənistan rəhbərliyi Brüssel görüşündən sonra sağ-sol vurmalara getsə də, Brüssel görüşünün konkret nəticələri var. Brüssel görüşündə əldə olunmuş razılaşmalar ilk növbədə Brüssel formatının vasitəçilik formatı olaraq daha da möhkəmlənməsi yolunda addımlar sayıla bilər. Çünki Brüssel formatının möhkəmlənməsi artıq tarixin arxivinə atılmış köhnə danışıqlar formatının, ATƏT-in Minsk Qrupu və onun həmsədrlər formatı gündəmi daha möhkəm şəkildə tərk etməsi üçün yaradılmış zəmindir". Bu sözləri SİA -ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, görüşdən sonra Nikol Paşinyan hökumət iclasının çıxışında müharibədən sonra sülh gündəmini qəbul etdiyini bildirib: "Unutmamalıyıq ki, Paşinyanın sülh gündəmini qəbul etməsi Brüssel görüşündən sonra baş verdi. Paşinyanın bundan sonra sülh gündəmində olan məsələlərin icrası nöqteyi-nəzərdən hansı addımlarının atacağı məsələyə o qədər də aidiyyatı yoxdur. Bundan əlavə xalqların sülhə hazırlaşması ilə bağlı Brüssel görüşündə əldə olunmuş razılaşma da ilk növbədə Ermənistana aid olan bir məsələdir. Bu gün bütün dünya görür ki, revanşizm hissləri ilə yaşamaq ancaq Ermənistan cəmiyyətinə aiddir. Bir sözlə, Brüssel formatı həm sülh gündəmini təsdiqlədi, həm də Azərbaycanın prinsipləri əsasında Ermənistan tərəfindən qəbul edildi”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB