Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarından olan İkinci Qarabağ müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun doğum günündə əziz xatirəsi dərin ehtiramla yad edilib. Yasamal və Abşeron rayon icra hakimiyyətlərinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Yasamal və Abşeron rayon təşkilatlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi, şəhidin ailə üzvləri, şəhid ailələri və Yasamal rayon ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Müslümov Elşən Habil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
12 iyul 2021-ci ildə isə Abşeron rayonu Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun xatirə lövhəsinin açılış mərasimi olub. Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə şəhidin adı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB