"Müstəqilliyinin lap başlanğıcından Azərbaycan dövləti olduqca kritik bir mərhələni yaşamalı oldu. Hər şeydən öncə artıq postsovet məkanında bir neçə coğrafiyada etnomilli, etnoərazi münaqişələri mövcud idi. Lakin, Ermənistanın tam cəzasızlıq şəraitində plkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürməsi, soydaşlarımızı kütləvi şəkildə öz yurd-yuvalarından böyük vəhşiliklə qovması, bunun ardınca da işğalçılıq siyasətinə başlaması təbii ki, yeni müstəqil olan dövlətin gələcəyini ciddi sual altında qoyurdu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, bütün bunlar azmış kimi, daxili qeyri-sabitlik də vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirirdi: "Mövcud problemləri aradan qaldırmaq, yeni müstəqil olmuş dövlətin iqtisadi sistemini qurmaq əvəzinə hakimiyyət uğrunda barışmaz mübarizə gedirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə ali siyasi hakimiyyətə qayıtması yeganə çıxış yolu idi. Bu proses Naxçıvanda başladı. 1990-cı il 17 noyabr tarixində Naxçıvan parlamenti Heydər Əliyevin sədrliyi yeni tərkibdə fəaliyyətə başladı. Azərbaycanın müstəqilliyinin və suverenliyinin əsaslarının möhkəmləndirilməsinə xidmət edən tarixi qərarlarda bu zaman verildi. Həqiqətən də, məhz bu tarixindən sonra Azərbaycan dövlətçiliyinin yeni mərhələdə əsaslarının möhkəmləndirilməsi istiqamətində ölkə miqyasında ciddi hərəkətlənmə başladı. Bunun göstərici idi ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və Ali Məclisin qarşısına toplaşanlar Ulu Öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsini tələb etdilər. Beləliklə, 3 sentyabr 1991-ci il tarixində Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında sədr seçilməsi ilə Azərbaycanın dövlətinin müstəqilliyinin əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm qərar verilmiş oldu. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi ona müstəqilliyimiz, suverenliyimiz uğrunda, ölkənin inkişaf yoluna keçməsi üçün effektiv və təsirli rol oynamağa imkan verdi. Dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan Ulu Öndərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanı qısa zamanda öz nəticələrini aydın göstərməyə başladı. O, çox yaxşı bilirdi ki, yeni müstəqillik qazanmış ölkədə bütün mövcud problemləri uğurla aradan qaldırmaq üçün hər şeydən öncə həmrəyliyə nail olmaq və daxili siyasi sabitliyi təmin etmək lazımdır. Heydər Əliyev fenomeni ətrafında milli həmrəyliyə nail olmaq elə də çətin olmadı. Çünki, xalq yeganə nicatını Heydər Əliyevdə görürdü. Ulu Öndər tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyası milli həmrəyliyə, tamlığa, milli inkişafın və dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə xidmət edirdi. Məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi, dərin təcrübəsi sayəsində Azərbaycanda bütün daxili çəkişmələrə qısa zamanda son qoyuldu, ölkənin inkişaf strategiyası müəyyənləşdirildi, milli iqtisadi sistemin qurulması imkanları formalaşdırılmağa başladı. Bu mənada, 1994-cü ildə imzalanmış Əsrin müqaviləsini ayrıca qeyd etmək lazımdır. Yeni müstəqil olmuş ölkə iqtisadiyyatının qurulması üçün başlıca şərt sərmayələrin cəlb edilməsindən ibarət idi ki, Əsrin müqaviləsinin imzalanmasından sonra bu istiqamətində real canlanma müşahidə olunmağa başladı.Beynəlxalq siyasi münasibətlər və iqtisadi əməkdaşlaıq sahəsində ölkənin fəallığının artırılması ilə müstəqilliyin, suverenliyin əsaslarının məhkəmləndirilməsi, həmçinin, milli iqtisadi inkişaf sisteminin baza elementlərinin yaradılması üçün real imkanlar meydana gəldi. Milli Ordu quruculuğu istiqamətində də təxirəsalınmaz addımlar atmaq mümkün oldu. Təbii ki, qeyd olunanların və bütün sonrakı böyük uğurlarımızın əsasında 1991-ci il 3 sentyabr tarixində Ulu Öndər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi dayanır. Məhz bundan sonra dövlətin taleyini müəyyən edən tarixi qərarlar verildi və addımlar atıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB