"Azərbaycan-İtaliya strateji əlaqələri yeni mərhələyə daxil olur" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan və İtaliya arasında ənənəvi səmimi dostluq əlaqələri son illərdə daha da qüvvətlənmiş, tərəflər arasında bir-birinə qarşı hörmət və rəğbət dərinləşib. İkitərəfli siyasi əlaqələrin möhkəmlənməsi müxtəlif sahələrdə əməkdaşlığın nəticəsi kimi ciddi nailiyyətlərin əldə edilməsinə səbəb olub. Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və keçirilən yüksək səviyyəli görüşlər, vacib sənədlərin imzalanması Azərbaycanı Cənubi Qafqaz regionunda İtaliyanın strateji tərəfdaşına çevrilmişdir. Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasına səfəri və Prezidenti Sercio Mattarella ilə görüşü iki ölkə arasında siyasi-iqtisadi-humanitar əlqələrin dinamik inkişafında yeni mərhələ açacaq. Səfər zamanı Cənab Prezidentin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü də iqtisadi münasibətlərin inkişafında yeni fürsətlər yaradır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən dövrdə iki ölkə arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verməkdədir. Tərəflər Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələri daha da böyüdüb. “Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Ötən dövrdə İtaliya Azərbaycan iqtisadiyyatına 800 milyon dollardan çox, Azərbaycanın isə İtaliyaya 1,8 milyard ABŞ dolları həçmində sərmayə yatırıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.
İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rol oynayıb və TAP kəməri ilə bu ölkəyə qaz ixracı reallaşıb.
İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdində iqtisadi layihələrdə, “yaşıl enerji” proqramlarında yaxından iştirak etmək niyyətlərini də bəyan edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB