Ermənistanın baş naziri Nikol Paşinyan yenidən və niyə qudurdu?
Sonuncu Brüssel görüşündə əldə müəyyən olunmuş razılaşmalardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı separatçıları “müstəqillik günü” münasibəti ilə təbrik etməsi, əslində, bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 12 yanvar tarixində ölkə televiziyalarına verdiyi müsahibəsi zamanı irəli sürdüyü fikirləri bir daha özünü isbatlayır. SİTAT: “Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq... Biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər... Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək...”.
İlham Əliyevdən Paşinyana xatırlatma: “Əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək...”
Dövlət başçımız tərəfindən bəyan edilən bu fikirlər və eyni zamanda, Ermənistanın baş nazirinin qondarma “artsax” ətrafında nümayiş etdirdiyi növbəti qudurğanlıq oyunbazlıqları artıq kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, düşmən əsla ağıl və dərrakə dilini anlamır və onun başı üzərindəki dəmir yumruq hər an onun üzərinə enə bilər və enəcək də! Yuxarıda da qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandanın “Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək...” xəbərdarlığı hər an, hər dəqiqə və hər saniyə gündəmdə qalmaqdadır!
Ancaq məsələ həm də ondadır ki, Paşinyan Qarabağ separatçılarına yalnız təbrik məktubu göndərməyib. O, həmin məktubunda “ermənilərə yaşana biləcək ekzistensional təhlükələr”, habelə, Sumqayıt hadisələri, eləcə də ATƏT-in Minsk qrupu ətrafında da siyasi klounluq nümunələri sərgiləyib. Beləliklə, Ermənistanın baş naziri faktiki olaraq Ermənistanın Qarabağdakı separatizmə dəstək göstərməsi açıq-aydın özünü isbatlayıb. Ancaq Nikol Vovayeviç bir reallığı da unudub ki, əgər o, hətta Brüssel görüşündən çox az bir müddət keçməsinə rəğmən belə bir həyasız davranışlar nümayiş etdirirsə, o, ilk növbədə, tarixi Azərbaycan torpaqları üzərində qurulmuş saxta “Ermənistan” adlı bir “ölkəni” tabuta yerləşdirir və üzərinə qapaq qoyaraq onun mismarlanmasına geniş imkanlar yaradır, yəni dəfn prosesini sürərtləndirir. Sual yaranır ki, bu faktlara səbəb olan daha nələrdir?
Nikol Vovayeviç 1987-ci ildə Qafanda, 1988-ci ildə Ağbaba mahalında, Zəngibasarda, Vedibasarda və s. yerlərdə ermənilərin azərbaycanlıların başlarına gətirdikləri qətliam və faciə faktlarını bilmirmi?
Ermənistanın baş naziri sakitləşmək bilmədən yazıb ki, ATƏT-in Minsk qrupunun “Dağlıq Qarabağ münaqişəsini” həll etməliymiş, filan-behkəman (?!) Hansı Minsk qrupu? 30 il yalnız səfərlər edib işğal faktına göz yuman və havayıyeyən həmsədrlər “saykasımı”? Bildiyimiz kimi, artıq nə münaqişə var, nə Minsk qrupu, nə də “Dağlıq Qarabağ” anlayışı!
1988-90-cı illərdə Bakı, Gəncə, Sumqayıtda baş verən hadisələri həyasızcasına xatırlayan və məhz həmin hadisələrin “miatsuma” (Qarabağın Azərbaycandan ayrılması tələbinə) səbəb olduğunu iddia edən Nikol tarixi Qərbi Azərbaycan torpaqlarında - 1987-ci ildə Qafanda, 1988-ci ildə Ağbaba mahalında, Zəngibasarda, Vedibasarda və s. yerlərdə ermənilərin azərbaycanlıların başlarına gətirdikləri qətliam və faciə faktlarını bilmirmi? Bilir!
Nikol Paşinyan Sumqayıt hadisələrinin başında SSRİ KQB-nin, eləcə də həmin məsələyə residivist cinayətkar - erməni Eduard Qriqoryanın cəlb edildiyini də bilmirmi? Əlbəttə ki, 100% bilir!
Vovayeviç iddia edir ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin Ermənistanın (???!!!) dəstəyi ilə yaşamaq və s. hüquqları var. Bunu necə başa düşək, qonşularının ərazilərinə iddia edir, yoxsa siçan-pişik oyunu oynayır? Niyə onu da bildirmir ki, Qarabağdan qovulmuş azərbaycanlıların Xocalıya, Xankəndiyə, Xocavəndə geri dönmələri vacibdir? Yoxsa separatçı ermənilərin qaşları-gözləri bizimkilərdən qaradır???!!!
Bəli, Paşinyan yəqin bir zaman Xankəndidə işlətdiyi məlum “nöqtəli” fikrinin onun və ermənilərin başına hansı NİDALI oyun açdığını da unutmayıb!
Sonda isə Prezident İlham Əliyevin daha bir növbəti bəyanatını xatırlatmaq istərdim. SİTAT: “Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək...”
İlham Əliyevin proqnozları özünü növbəti dəfə sübut edir: “Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq...”
Yaxud: “Deyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq... Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.
Nikol Paşinyan İlham Əliyevin bu bəyanatlarını da yaxşı xatırlayır və ona görə də Brüsseldə, Moskvada, Soçidə büzülmüş və sudan çıxmış cücə kimi çiyinlərini qısıb nökər vəziyyətini alır. Amma İrəvana geri dönəndə 180 dərəcə çevrilərək quduzlaşır, qudurur və görünür, Qarabağ separatçılarına öz təbirincə məktub yollaması ilə özünü “qəhrəman” kimi hiss edir.
Amma nahaq yerə - Azərbaycan Ordusu bircə işarəyə bənddir ki, ötən gün təbrik məktubu yazdığı kabinetində Azərbaycanın dövlət bayrağı asılsın! Belə davam edərsə, həmin gerçəklik özünü təsdiqləyəcək, mütləq təsdiqləyəcək!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB