Mario Draqi səfərin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib

Mario Draqi səfərin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib. SİA xəbər verir ki, Mario Draqi sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşündə bildirib.

Nazirlər Şurasının Sədri İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə