Azərbaycanla Qazaxstan arasında diplomatik əlaqələr yeni mərhələdə ŞƏRH
Qloballaşma dövründə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma nəzərə çarpır. Bu sırada Qazaxstanı da qeyd etməliyik. Dövlətlərarası qarşılıqlı münasibətlərin tarixi uzaq dövrü əhatə edir. Qazax və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Məlum repressiyalar zamanı on minlərlə azərbaycanlı Qazaxstan torpağında sığınacaq tapıb. Bu gün 90 mindən çox azərbaycanlı Qazaxstan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qazaxstanda və Qazaxstanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır ki, bu da iki tərəfli əlaqələrjn möhkəmlənməsinə geniş
imkanlar açıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfərlər ərzində iki ölkə arasında bir çox sənədlər imzalanıb. NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Qazaxstan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinə səbəb olub.
24 avqust 2022-ci il tarixində Qazaxstan prezidenti Qasım-Comərd Tokayev Azərbaycan Respublikasına səfəri çərçivəsində dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər. Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir.
Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Qazaxstan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir.
Qazaxstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfələr verirərək ümumi inkişafa zəmin yaradır.
Bu ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 161,4 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk beş ayında bu rəqəm 48,1 mln. dollar olub.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər bir daha təsdiqləyir ki, dövlətlərarası münasibətlər davamlıdır. Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq. Bu gün xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri fəal əməkdaşlıq edir və hər zaman bir-birini dəstəkləyir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun ən bariz nümunələrindən biridir. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və qardaşlığı daha möhkəmlədirəcək. Azərbaycan - Qazaxıstan münasibətləri tarixən dərin köklərə malikdir. 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında oldu və ölkəmizin haqlı mübarizəsini dəstəklədi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Qazaxıstan xalqları arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da daha inkişaf edəcək.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB