"Türkiyə ilə Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ

"Türkiyə ilə Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Türkiyə Respublikası Zəfər bayramını qeyd edir. Bu əlamətdar gün münasibətilə bütün türk xalqını, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, onun silahlı qüvvələrini təbrik edirik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, bu gün Türkiyə ilə Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir: "Bu zəfər sadəcə Türkiyənin deyil, Azərbaycanın da zəfər günü düşünülür. Çünki həqiqətən də bu gün Azərbaycan-Türkiyə münasibətləri iki dövlət, tək millət prinsipi ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlərin daha da inkişaf etdirilməsi, birləşməsi üçün bütün səylərini ortaya qoyurlar. Xüsusilə 44 günlük Vətən müharibəsi günlərində Türkiyə Azərbaycanın haqq səsinə dəstək verib, onun həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olmuş, ölkəmizə həm də mənəvi olaraq dəstək olub. İstər 30 il əvvəl, istərsə də 2020-ci ildə baş verən Vətən müharibəsində, hətta keçmiş dövrlərdə belə Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə