“Dağıdıcı müxaliflər mütləq öz cəzalarını almalıdırlar” AÇIQLAMA
“Dağıdıcı müxalifət uzun illərdir ki, eyni formada fəaliyyət göstərir və yenə də həmin fəaliyyəti davam etdirirlər. Ötən dövr göstərdi ki, bunların ictimaiyyət arasında heç bir dayaqları yoxdur. Yəni cəmiyyət arasında hər hansı bir formada etimad qazana bilmirlər”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə dağıdıcı müxalifət bütün gücünü verib sosial şəbəkələrdə yaramaz və əsassız fikirlər yaymağa. Sosial şəbəkələr üzərində tənzimləyici mexanizmlər olmadığına görə, onlar bu boşluğu fürsət bilərək hay-küy yaratmağa çalışırlar. Amma bu da keçici bir məsələdir. Çünki zaman-zaman onlar özlərini xalqa sırımaq üçün hər cür metoddan istifadə ediblər. Eyni mənasız və əhəmiyyətsiz metodu davam etdirirlər. Demək olar ki, sözügedən qüvvələr bu günə qədər bütün texnologiyalardan istifadə etməyə çalışıblar və istifadə etdikləri texnologiyaların heç biri onlara uğur qazandırmayıb. Əminəm ki, onların sosial şəbəkələr üzərindən yaratmağa çalışdıqları hay-küy keçib gedəcək. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifətin nə isə bir uğur qazanması mümkün deyil”.
T.Novruzov onu da bildirdi ki, müxalifət liderləri öz ağılları ilə hərəkət etmirlər, yəni bunlara xaricdən necə komanda verilirsə, o cür də hərəkət edirlər: “Söz yox ki, onların milli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd etmələrinin arxasında Azərbaycan dövlətinin inkişafını istəməyən bəzi xarici qüvvələrin dayanmasıdır. Çünki həmin xarici qüvvələrin istəkləri ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Ancaq qətiyyətlə deyə bilərəm ki, nə xarici, nə də ki, daxili qüvvələrin nə etməsindən və nə deməsindən asılı olmayaraq onların heç vaxt Azərbaycanla bağlı xoşagəlməz planları baş tutmayacaq. Yaxşı olardı ki, onlar bu cür yersiz hərəkətlərindən əl çəksinlər. Ümumiyyətlə isə, təxribatlara meyilli olan dağıdıcı müxaliflər mütləq öz cəzalarını almalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB