Alimlərin uzun illərin araşdırmalarından, apardıqları tədqiqatlardan, baxdıqları teleskoplardakı görüntülərdən məlum olub ki, sən demə Günəşə ən yaxın Merkuri planetində cisimlər birölçülüdür, yəni müstəvi formasındadır, Venerada ikiölçülü, Yerdə isə üçölçülüdür. Yəni yerdəki əşyaların eni, uzunu və hündürlüyü var. Günəşdən uzaqlaşdıqca bu ölçülər artır. Yəqin ki, 8-ci planet hesab edilən Neptunda cisimlər səkkizölçülüdür, yəni səkkizsifətli. Bütün bunları ehtimal da hesab etmək olar. Amma kainatda heç nəyin təsadüfi olmadığını da bilirik. Hər bir hadisənin başqa formada inikası da var. Məsələn, planetlərdəki cisimlərin ölçüsündəki fərqlilik Yer planetindəki insanların xarakterinə də yansıyır. Bura qədər bəlkə də dəyərli oxucular nə demək istədiyimizi tam olaraq anlamasınlar. Amma məsələ bəşər övladı və bu homosapiensin xarakterindən gedirsə, məncə deyəcəklərimizin üstündəki pərdənin yavaş-yavaş götürüldüyünü hiss etmiş olarsınız. İnsan neçə üzlü olar? Axı biz Yer panetindəyik, bizim ən uzağı üç sifətimiz ola bilər, yaxşı, pis və qeyri-müəyyən. Daha səkkiz sifətli yox da, Amerika kimi...

Kimlərinsə bizə bilərəkdən qonşu kimi pərçim etdikləri ermənilərin isə üzü lap betərdir. Söhbətimiz “hay”larla bağlı deyil, onların havadarları ilə bağlıdır. Azərbaycanın müstəqilliyinin ilk illərində bizə bolluca Amerika demokratiyasından danışırdılar. Həm də o qədər danışırdılar ki, az qala elimizi, obamızı, yurd-yuvamızı atıb bu ölkənin ətəyindən yapışacaqdıq. Oraları həm də “demokratiyanın beşiyi” adlandırırdılar. Kimsənin də ağlına gəlmirdi ki, əgər beşik buradırsa, demokratiyanın cavanlıq və ahıl dövrü haradadır? Bəli, həmin illər bizi yamanca qandırmışdılar. Qapılar açıldıqca sirlər də açılır, mələk donlu dövlətlərin xisləti, mahiyyəti tam çılpaqlığı ilə üzə çıxır...
ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətləri Rusiyanın hücumuna məruz qalan Ukraynanın yanındadır və ona hər cür köməklik göstərir. Ukraynaya bu ilin fevral ayında təcavüzə məruz qalıb, ərazilərində ağır döyüşlər gedir, insanlar ölür, şəhər və kəndləri dağılır. Bu hadisə 185 gün bundan əvvəl başlayıb. Hər kəs, hər dövlət ərkanı, beynəlxalq təşkilat mənsubu Moskvanın addımını qanunsuz adlandırır və bu ölkəyə qarşı ən ağır və sərt tədbirlərin görülməsini istəyir. Biz də təcavüzü pisləyirik, bu ölkənin suveren hüquqlarının və ərazi bütövlüyünün tanınmasını tələb edirik. ABŞ və qalan Qərb dünyası bütün imkanlarını səfərbər edib ki, Rusiyanı dayandırsın. Sanksiyalar tətbiq edir, Rusiyanı əsas gəlir mənbələrindən məhrum edir, Ukraynaya daha effektiv müharibə aparmaq üçün milyardlarla dollarlıq vəsait ayırır, müasir hərbi texnikalarla təmin edir, çox yaxşı. Haqlının tərəfində durduğunu əyani şəkildə sübut edir. Bu yerdə paralellər aparsaq daha yaxşı olar. Qərbin dağıtdığı Sovet hökuməti süquta yetiriləndə bütün respublikalar müstəqilliklərini elan edərkən Ermənistan da əzəli Azərbaycan torpaqlarına əl və dil uzatdı. 70 il əvvəl Sovetlərə müttəfiq respublika kimi “qoşulan” Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq hüququ da bolşeviklərin Konstitusiyasında açıq-aydın yazılmışdı. ABŞ-da da bunu bilməmiş deyillər. Deməli, Çar Rusiyası dövründə də, kommunistlərin zamanında da Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Bunu da Vaşinqton çox əla bilir. Hətta BMT-nin 4 qətnaməsinə səs verən, erməni təcavüzünü pisləyən və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri ABŞ, digəri isə Fransadır. Amma bu ölkələrin tutduqları yol, sərgilədikləri münasibət, bizə demək istədikləri “nağıllar” qəbuledilməzdir. Biz Ukraynanı boş yerə misal kimi çəkmədik. Bu müqayisələrlə ABŞ və Fransanı hələlik ikiüzlü adlandıra bilərik. Niyə? Çünki, hər iki dövlət həqiqətən haqqın tərəfində durduqlarını sübut edə bilmirlər. 30 il əvvəl başlamış və 2020-ci ilin 27 sentyabrına qədər davam edən işğal faktına, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsinə nə rəsmi Paris, nə də rəsmi Vaşinqton qarşı çıxmayıb. Əksinə 1997-ci ildə Minsk qrupunu sözün əsl mənasında ələ keçirərək Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və danışıqlar prosesini nəzarətdə saxlamaq, kənar aktorların müdaxiləsini əngəlləmək niyyətini gizlətməyib. Minsk qrupunun həmsədr ölkələri guya münaqişəni həll etməyə çalışıblar, əksinə ermənilərin bu torpaqlarda möhkəmlənməsi, daha mükəmmək müdafiə sistemi yaratmasını təmin ediblər. Azərbaycan xalqı işğalla barışmaz olduqlarını 30 il ərzində müxtəlif tribunalardan səsləndiriblər.

Ermənilərin və onların havadarlarının ciddi-cəhdinə baxmayaraq BMT-nin üzvü olan heç bir ölkə bu qondarma qurumu müstəqil dövlət kimi tanıya bilməyiblər. Buna baxmayaraq bu gün Şuşaya getməməklə, diplomatların iştirakı ilə keçirilən konfransa qatılmamaqla ABŞ və Fransanın bəzu subyektləri, qeyri-hökumət nümayəndələri, kiçik şəhər və qəsəbələrin kəndxudaları Qarabağı müstəqil dövlət kimi “tanıyıblar”. Bəli, məhz Fransa və ABŞ-ın bəzi vilayət və ştatları tərəfindən separatçılıq, xüsusən də Qarabağdakı erməni separatçılar dəstəklənib, Parisin meri avantüraya gedərək həm qondarma “erməni soyqırımı”nı, həm də Qarabağın müstəqilliyini tanıyıb, Fransanın prezidenti olacaq namizəd qadın Qarabağa qanunsuz səfər edib. ABŞ Konqresi və Nümayəndələr Palatasının bəzi üzvləri separatçılıqla məşğul olublar, Ermənistanın təcavüzünü birbaşa dəstəkləyiblər, işğala haqq qazandırıblar. Bütün bunlar ABŞ və Fransanın hələlik ikiüzlü olmasından xəbər verir. Əslində dünyaya ağıl dərsi keçməyə qalxan hər iki ölkə pis əməlləri sayəsində çoxüzlü tituluna layiqdirlər.
ABŞ-da Texas və hələlik Kaliforniya ştatları müstəqil olmağa can atırlar. Hətta zaman-zaman referendum keçirməyə cəhdlər də olub. Fransa da Korsikanın müstəqillik arzularını unutmasın. Hər iki ölkənin Qarabağa, Ermənistan-Azərbaycan münaqişəsinə qeyri-obyektib yanaşmaları, haqlı olanın yox, işğalçının yanında olmaları bu sənəyin onların da başında çatlaması ilə nəticələcəyini yaddan çıxarmasınlar. İpin iki ucu var, qırılanda dörd başı olur. Hər iki ölkədə baş qaldıran müstəqillik çağırışlarına səs verən dövlətlərə Azərbaycan da qoşula bilər. Niyə də yox, əgər Paris və Vaşinqton Cənubi Qafqazdakı erməni separatçılarınn aşiqi, Ermənistanın işğalının təəssübkeşi rolunda çıxış etmək istəyirlərsə, ən azında bu dadı onlara daddıra bilərik.
İki gün öncə ABŞ-ın dövlət katibi Entonu Blinken ölmüş Minsk qrupuna həmsədr təyin edib. Halbuki, Azərbaycan münaqişənin tərəfi kimi bu qurumun fəaliyyətindən, daha doğrusu fəaliyyətsizliyindən narazıdır və 44 günlük müharibədə əldə etdiyi qələbə sayəsində ərazi bütövlüyünü bərpa edib. Belə olan halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmayıb. Əgər ABŞ və Fransa iddia edir ki, yox, həmsədrlik hələ də davam edir, getsin kiminlə harada istəyir dialoqunu davam etdirsin. Azərbaycanla danışmağa mövzu yoxdur, vəssalam.
Fransa tərəfi də Filip Rikeri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri təyin olunması münasibətilə təbrik edib. Bu barədə Fransanın ATƏT-dəki nümayəndəliyinin “Twitter” mikrobloqunda yazılıb. Qeyd edilib ki, bu vəzifədə Filip Riker ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrədəki beynəlxalq danışıqlarda ABŞ nümayəndə heyətinin baş danışıqçısı kimi çıxış edəcək. Bu təyinatdan əvvəl səfir Filip Riker ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər o, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edib. Diplomatik fəaliyyəti dövründə Almaniya və İtaliyada işləyib, 2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub. Göründüyü kimi, Rikerin Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur, onun bizim regionda hansısa bir uğurlu xidməti olmayıb ki, ABŞ onu tərifləyib göylərə qaldırır. Sanki onun təyinatı ilə bütün problemlər öz həllini tapacaq.
Özünü Qarabağın “xarici işlər naziri” kimi təqdim edən separatçı David Babayan isə Azərbaycanın ATƏT-in Minsk qrupunun missiyasının artıq bitməsi barədə mövqeyini qəribə məntiqlə izah edib. Bildirib ki, əslində Azərbaycan bununla da “Artsaxın de-fakto və de-yure beynəlxalq diplomatik statusunu məhv etməyə çalışır. Müvafiq sənədlərin, bəyanatların və digər siyasi-hüquqi aktların əksəriyyəti Minsk qrupunun və Minsk prosesinin fəaliyyəti sferasındadır”. Babayan hansı sənəddən söhbət getdiyini konkretləşdirə bilməyib. Əgər belə bir sənəd olsaydı, yəqin ki, hər kəsin bundan xəbəri olardı. Bütün bunlara baxmayaraq münaqişənin həllində bilavasitə vasitəçi kimi iştirak edən Minsk qrupu müharibənin bitməsi ilə də tarixin arxivinə atılıb. Onu diriltmək cəhdi münaqişəni yenidən əvvəlki məcrasına salmaq deməkdir.

ABŞ və Fransanın Azərbaycandakı səfirləri
İki gün sonra Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləcək. Sülh müqaviləsinin hazırlanması, prosesin gedişatı, sərhəddə demarkasiya və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Amma bəzi qüvvələr tərəflər arasında keçirilən görüşlərdən çox narahatdırlar. Heç kim təşəbbüsü əldən vermək istəmir, özünü regionda əsas aktor hesab edən dövlətlər və bəzi beynəlxalq dairələr çalışırlar ki, nə olacaqsa onların əli ilə olsun. Və nəticədə qazanan da onlar olsun. Ermənistandakı revanşistlər hələ də “bulanıq su” siyasəti yürüdürlər. Bölgədə vəziyyəti maksimum gərginləşdirməyə çalışırlar, yeni müharibələri də istisna etmirlər, təki, hakimiyyətə gəlsinlər, təki, yeni torpaqlar əldə etsinlər.
Ermənistanın Alternativ Layihələr qrupunun üzvü Vahe Hovhannisyan maraqlı fikir bildirib. Deyib ki, ölkədə narahatlıq, qeyri-sabitlik və təşviş mühiti formalaşır, Ermənistan Qəzza zolağına çevrilir: “Təkcə son günlərin hadisələri dövlətin aşkar məhv olduğunu başa düşmək üçün kifayətdir. Masisdə bələdiyyənin silahlı zəbt edilməsi, İrəvanın mərkəzində güclü partlayış, ən mühüm dövlətlərarası yolun bağlanması, erməni yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi, Qarabağla quru əlaqə təhlükəsi. Dövlətçiliyin ciddi parçalanması prosesi gedir ki, bu prosesdə həm son nəticə, həm də prosesin özü təhlükəlidir”.
Düzdür, Ermənistan müharibə meydanında uduzub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Müharibə Ermənistanın yox Azərbaycanın ərazilərində gedib. Buna baxmayaraq ən çox itirən də elə Ermənistan olub. 30 illik işğalçılıq siyasəti iflasa uğrayıb, yalanları, uydurmaları effekt verməyib, bu siyasətə xərclənən milyardlar havaya sovrulub. Azərbaycandan oğurladıqlarını geri qaytarmaq, təzminat ödəmək kimi “Domokl qılıncı” da başlarının üstündədir. Əslində Ermənistan rəhbərliyi və diasporu prosesi sonlandırmaq istəmirlər. Çünki, qiymətləndirmə və sənədləşmə başa çatandan sonra Azərbaycan Ermənistandan milyard dollarla ölçülən təzminat tələb edəcək. Bu ödənişi etməyə Ermənistanın büdcəsi çatacaqmı?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB