"ABŞ və Fransa sülhə və əməkdaşlığa töhfə vermək istəmirlər" - SİYASİ EKSPERT AÇIQLADI
"ABŞ və Fransa Cənubi Qafqazda və ümumilikdə bölgədə sülhə və əməkdaşlığa töhfə vermək istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, illərdir davam edən münaqişənin həllində heç bir rolu olmayan bir qurumu, ATƏT-in Minsk qrupunu yenidən bərpa etmək cəhdləri onu göstərir ki, bu ölkələrin artıq potensialı tükənib və bölgədə baş verən yeni reallıqlardan çox uzaqdırlar: "Əslində Şuşa konfransında çox önəmli mesajlar verildi, Prezidentin köməkçisi Hikmət Hacıyevin məhz diplomatik korpus nümayəndəliklərinin iştirakı ilə Şuşada keçirilən konfransda Azərbaycan Ordusu Xankəndinə mülki əhaliyə zərər dəyməsin deyə girmədi deməsi çox mühüm bir mesaj idi. Yəni bu rəsmi Bakının bu məsələdə sərgilədiyi humanist prinsipləri göstərir. Düşünürəm ki, tam əksinə olaraq ABŞ və Fransa diplomatik korpusun nümayəndələri gərək ən birinci bu tədbirə qatılanlardan olardı, çünki məhz indiki məqamda, Ermənistanla Azərbaycan arasında sivil əlaqələrin yaranmasına onlar da qərb dövlətləri kimi öz töhfələrini verə bilərdilər. Hesab edirəm ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu dövlətlərdən gözləntiləri məhz bundan ibarətdir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB