Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri
“Siyasi fəaliyyəti” xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə dolu olan Nemət Pənahlı indi yenidən peyda olub. Bu əqidəsi düzgün olmayan “insan”ın məqsədi ölkədə qarşıdurma yaratmaq, nifaq salmaq və bundan öz çirkin siyasi məqsədləri üçün yararlanmaqdır. Nemət Pənahlının xarici qüvvələrin marağını qazanmaq istəyinin, radikal müxalifətin xarici qüvvələrlə bir amala xidmət etdiyininin dəfələrlə şahidi olmuşuq. Bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.
Azərbaycan dövlətçiliyini məhvə sürükləmək niyyətində olan Nemət Pənahlı kimilərin istəkləri heç vaxt reallaşmayacaq, çünki xalq bu cür ünsürləri çoxdan tarixin arxivinə yollayıb. Azərbaycan cəmiyyəti əxlaqi keyfiyyətləri yerində olmayan bu tip insanlara çoxdan həddini bildirib.
Hakimiyyətin uğurlu daxili və xarici siyasəti radikalları bərk qıcıqlandırır. Ona görə də bu cür çıxışlarla diqqət mərkəzində olmaq istəyirlər. Bu adamın indiyədək müxalifətə və ölkə əhalisinə məlum olan əməlləri göstərir ki, satqınlıq, xəyanət simvoludur.
Görünən odur ki, boş-boş sözlərdən istifadə edərək xalqın gözündə getdikcə alçalan bu qüvvələrin elə susmaqları məsləhətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB