"Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizi yeni qələbələr gözləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizi yeni qələbələr gözləyir" - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsi Azərbaycanı dünyada söz sahibi olan, xüsusi nüfuzu və çəkisi olan dövlətlər sırasına çıxardı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, sözün əsl mənasında, Ali Baş Komandan Möhtərəm Prezident bir sərkərdə, fateh adını qazandı: "10 noyabr bəyannaməsi Ermənistanın kapitulyasiya aktını imzalaması deməkdir və bununla, artıq Ermənistan məğlub olduğunu bütün dünya qarşısında etiraf etmiş oldu. Azərbaycan qalib ölkə kimi bu gün işğaldan azad etdiyi əraziləri, şəhərləri, rayonları yenidən qurur, böyük infrastruktur layihələri həyata keçirir. O cümlədən də laçın şəhəri və bir neçə kənd 26 avqust tarixində tamamilə orada yaşayan ermənilərdən boşaldılıb. Azərbaycanın ərazisi mütləq surətdə bərpa olundu. Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində yaşayan erməlilər oradan çıxarıldı. Bu, böyük hadisədir. Bütün laçınlıları təbrik edirik. Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizi yeni qələbələr gözləyir. Bu qələbələr qaçılmazdır. Tarix Azərbaycanın xeyrinə işləyir. Azərbaycan ədalətli mövqedədir, beynəlxalq hüquq Azərbaycanı dəstəkləyir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə