Şentop Laçınla bağlı Sahibə Qafarovanı təbrik edib

Şentop Laçınla bağlı Sahibə Qafarovanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonla danışıb. SİA xəbər verir ki, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.

Qeyd olunub ki, Şentop Laçın şəhərinin Azərbaycana geri qaytarılmasından məmnunluğunu ifadə edərək, ona təbriklərini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə