"Laçının azad olunması qazanılmış növbəti diplomatik uğurdur" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbənin bizə verdiyi üstünlüklə qazanılmış növbəti diplomatik uğurdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, bu uğurun memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir: "Çünki hamımıza məlumdur ki, Laçın dəhlizinin alternativ yola keçirilməsi ilə bağlı müvafiq bənd 10 noyabr üçtərəfli bəyanata məhz Ali Baş Komandanın təşəbbüsü və təkidi ilə salınmışdır. Bu gün Azərbaycan Respublikası həmin bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməklə yanaşı, həm də Ermənistan tərəfinin öhdəliklərinin icrasına da nəzarət etməyə davam edir. Çünki Azərbaycanın əsas məqsədi qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət prinsipi əsasında regionda sülh və təhlükəsizliyi təmin etməkdir. Ona görə də, bu gün ermənilərin bütün təxribat xarakterli çıxışlarının tam əksinə olaraq bizim aydın və qətiyyətli mövqeyimiz dəyişməz olaraq qalır. Yeni yol müvəqqəti olaraq rus sülhməramlıların nəzarəti altında ola bilər, amma üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra olunduqdan sonra sülhməramlıların missiyası bitəcək və Azərbaycan Respublikasının suveren ərazisi olaraq həmin yol üzərində də ordumuzun tam nəzarəti təmin ediləcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB