""Status-kvo"nu Azərbaycan özü dəyişdirdi" - PREZİDENT İLHAM ƏLİYEV
Bəli, cəmi 40 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Cənubi Qafqaz regionunda yeni reallıq bərqərar olsun. Bu 40 gün müddətində terrorçu Ermənistan Respublikasının "status-kvo"su artıq Azərbaycan ordusunun zəfərləri sayəsində ləğv edilmişdir. Artıq yeni tarixi mərhələnin status-kvosunu Azərbaycan müəyyən edəcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bildirdi ki: "Biz "status-kvo" ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - "status-kvo" qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. "Status-kvo"nun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz "status-kvo"nu necə dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal idi". Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfə belə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi də deyirlər ki, "status-kvo" dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. "Status-kvo" dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. "Status-kvo" dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, "status-kvo"nu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq "status-kvo" yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı "status-kvo"dan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur". Prezident İlham Əliyev onu da vurğulayıb ki, 30 ildir qururdular bu təmas xəttini: "Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim, heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq!".
Bəli.... AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "STATUS-KVO"SUZ REAL QARABAĞI QAYTARIR.
Bəli, 44 günün hər günündə Ali Baş Komandanımız müxtəlif əsrlərdə tarixi torpaqlarını itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, gücünü, qürurunu özünə qaytarır, ədalətli mövqedə olmağımızı, beynəlxalq hüquqa hörmət etdiyimizi və heç vaxt torpaqlarımızın işğalda qalması ilə razılaşmadığımızı dünya ictimaiyyəti qarşısında açıq şəkildə və qətiyyətlə bəyan edir. Bir daha sübut etdi ki, bu gün Azərbaycanın apardığı haqq işində heç kim müstəqil dövlətimizi və xalqımızı döndərə bilməz. Çünki Azərbaycanın apardığı mübarizə haqq işidir, ədalətlidir, beynəlxalq hüququn ali prinsiplərinə tamamilə uyğundur. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunları ilə bağlı keçirilən müşavirədə də son vaxtlar Ermənistan rəhbərliyinin yenə də hansısa status haqqında danışmağa başladığını deyib: "Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq». Bəli, bu Prezident, Ali Baş Komandan İlham Əliyevin son 19 ildə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin qanunauyğun məntiqi nəticəsi, Güclü Azərbaycan Ordusunun zəfər yürüşlərinin və rəşadətli əsgərlərimizin əsl qəhrəmanlığının real nəticəsidir. Və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. "Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!",-deyən dövlət bavşçısı bildirib ki, "Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti, dəyişilməyən "status-kvo" artıq yoxdur. Hərbi-siyasi şərtləri indi Azərbaycan diqtə edir. Azərbaycan Prezidenti hər görüşündə, müsahibələrində dönə-dönə bildirir ki, biz sülh istəyirik, müharibə istəmirik, heç vaxt da istəməmişik: "Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Ancaq bu meyili görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik!".
Göründüyü kimi, cəmi 40 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Cənubi Qafqaz regionunda yeni reallıq bərqərar olsun. Bu 40 gün müddətində terrorçu Ermənistan Respublikasının "status-kvo"su artıq Azərbaycan ordusunun zəfərləri sayəsində ləğv edildi. Artıq yeni tarixi mərhələnin "status-kvo"sunu Azərbaycan müəyyən edəcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bildirdi ki: ""Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim "status-kvo"nu. Bax, orda, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim, heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq!".
Bəli, budur, Ali Baş Komandanımızın ədalətli siyasətinin təntənəsi! Budur, şanlı ordumuzun gücü, budur mübariz igid əsgərlərimizin rəşadəti!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB