"Erməni təxribatçıların hər hansı bir niyyəti baş tutmayacaq" - POLİTOLOQ AÇIQLADI

"Erməni təxribatçıların hər hansı bir niyyəti baş tutmayacaq" - POLİTOLOQ AÇIQLADI

“Ermənistan təxribatları yüksələn siyasi xətlə, bəzən isə enən siyasi xətlə davam edəcək və biz buna hazır olmalıyıq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi bağlanmayıb və sərhədlərin delimitasiyası, sərhədlərinin kommunikasiyası hələ baş tutulmayıbsa buna bənzər təxribatlar Ermənistandakı müxtəlif siyasi qüvvələr tərəfindən davam etdiriləcək: “Qeyd edim ki, Qarabağın dağlıq hissəsində qalmaqda olan erməni silahlı qüvvələri, onların texnikası ərazidən çıxarılmağa başlayıb, Azərbaycan qoşunları avqustun 25-nə kimi Laçının Zabux və Sis kəndlərinə daxil olacaq, sentyabrın 5-nə qədər isə Laçın koridoruna alternativ tikilmiş yol istifadəyə veriləcək. Bu isə o deməkdir ki, Azərbaycan öz ərazisində tam suverenliyi təmin etmək üçün addımlar atır. Bu addımlar sayəsində erməni təxribatçıların hər hansı bir niyyəti baş tutmayacaq. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, onların təxribatları heç bir nəticə verməyəcək. Dövlət başçısı İlham Əliyevin Nikol Paşinyanla növbəti görüşü məsələlərin nizamlanması istiqamətində baş tutacaq. Vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdədir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə