Ermənistanın bomba sığınacağı problemi – nə baş verir? SİYASİ RAKURS+AKTUAL
Ölkənin fövqəladə hallar naziri niyə birdən-birə həyəcan təbili çaldı?
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Armen Pambuxçyan hərbi vəziyyətdə və fövqəladə hallar zamanı vətəndaşların bomba sığınacaqlarından istifadə etmələri istiqamətində hazırlıqlarının olmamasından, eləcə də hazırlıq keçmək istəməmələrindən narahatlıq olduğunu bildirib.

SİA xəbər verir ki, erməni nazirin onlayn görüş zamanı səsləndirdiyi bu fikirlərini news.am yazıb. Pambuxçyan digər informasiyaların yayılmasını bəlli səbəblərdən istəmədiyini desə də etiraf edib ki, ölkənin müxtəlif yerlərində icmalarla aktiv işlər aparılır. Onun sözlərinə görə, paytaxt da daxil olmaqla ölkənin bir sıra regionlarında bomba sığınacaqlarının istifadəyə yararlı hala salınmasına, həmin yerlərin zibil və tullantılardan təmizlənməsinə baxmayaraq, az müddət sonra aparılan monitorinqlər yenidən həmin yerlərin istifadəyə yararsız hala gətirildiyini müəyyən edib.

Artıq onu da kifayət qədər ehtimal etmək olar ki, Ermənistanın ictimai rəyi Qərbi Zəngəzurun və İrəvanın tarixi Azərbaycan torpaqları olduğu barədə rəsmi Bakı tərəfindən verilən bəyanatları heç də qulaqardına vurmur
Onu xatırladaq ki, Ermənistan hökuməti 44 günlük müharibə zamanı bomba sığınacaqları barədə xatırlatmışdı. Lakin mövzunun yenidən gündəmə gətirilməsi və ölkədə bununla bağlı həyəcan təbilinin çalınması istər-istəməz bəzi məsələləri önə çıxarmış olur. Artıq onu da kifayət qədər ehtimal etmək olar ki, Ermənistanın ictimai rəyi Qərbi Zəngəzurun və İrəvanın tarixi Azərbaycan torpaqları olduğu barədə rəsmi Bakı tərəfindən verilən bəyanatları heç də qulaqardına vurmur. Daha dəqiq desək, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etdiyi dövrlərdə Xankəndi və s. ərazilərdə qalmış separatçıların yararsız sığınacaqlarda gizlənmələri onları layiq olduqları müqəddəratdan xilas etmədi və məhz indi – İrəvan və Qərbi Zəngəzurla bağlı verilən rəsmi bəyanatlar erməni hakimiyyətinin kürkünə necə deyərlər, birə salıb.
Azərbaycan Ordusunun sərhəd ərazilərdə bütün üstün mövqelərə sahib olması, habelə tarixi Qərbi Azərbaycan ərazilərinin birbaşa nəzarət altında saxlaması Ermənistan tərəfinin narahatlığının, təlaşlar keçirməsinin səbəblərini anlamaq üçün elə də çətinlik yaratmır
Başqa tərəfdən, indiki zamanda, yəni yenidən danışıqların bərpa olunması, görüşlərin keçirilməsi haqqında informasiyaların verildiyi bir vaxtda Ermənistan hakimiyyətinin rəsmi şəxsi – FNH rəhbəri tərəfindən səsləndirilən bomba sığınacağı barədə fikirlərinin önə sürülməsi ölkədə davam edən ciddi təlaşın haradan qaynaqlandığını demək mümkündür.
O cümlədən, bu gün qəhrəman Azərbaycan Ordusunun Ermənistanla sərhəd ərazilərdə bütün üstün mövqelərə sahib olması, habelə Qərbi Azərbaycan ərazilərinin birbaşa nəzarət altında saxlanılması, erməni hərbi birliklərinə məxsus texnika və canlı qüvvələrinin hər bir hərəkətlərinin bilavasitə müşahidə edilməsini də buraya əlavə edərsək, Ermənistan tərəfinin narahatlığının, təlaşlar keçirməsinin səbəblərini anlamaq üçün elə də çətinlik yaratmır. Görünür, bu baxımdan, ermənilərin FHN naziri Armen Pambuxçyan həyəcan təbilini vurmağa başlayıb və bomba sığınacaqlarının yararsız olması, habelə, əhalinin baş verə biləcək təhlükələr zamanı hazırlıqsız olmaları barədə danışmağa başlayıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB