"Ermənistan prosesi ləngitmək üçün əlindən gələni edir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Ermənistan prosesi ləngitmək üçün əlindən gələni edir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Avqust ayında həm Brüsseldə, həm də Moskvada üçtərəfli görüşün keçirilməsi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, nə Brüssel, nə də Moskva görüşünün vaxtı hələ dəqiq bildirilib: "Güman etmək olar ki, Moskva görüşü Brüssel görüşündən sonraya salına bilər. Bu səbəbdən vaxt dəqiqləşməyib. Son zamanlar üçtərəfli görüşlərdə müzakirə olunan əsas məsələlər bu görüşdə də müzakirəyə çıxarılacaq. Görüşdə delimitasiya məsələləri, sülh sazişinin bağlanması və Zəngəzur dəhlizinin işə salınması üçün real addımların atılmasıdır. Düşünürəm ki, bu üç məsələ həm Brüsseldə, həm də Moskvada müzakirə olunacaq. Sadəcə olara, Brüsseldə daha çox Zəngəzur dəhlizi və delimitasiya ilə bağlı məsələlər müzakirə olunacaqsa, Moskvada isə sülh sazişinin hazırlanması məsələsi əsas məsələ kimi müzakirə olunacağını hesab edirəm. Təəssüf ki, Ermənistan prosesi ləngitmək üçün əlindən gələni edir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə