“Hər keçən gün Azərbaycanı uğura, Ermənistanı süquta aparır” - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan toplumu zəhər içində yaşayır. Bu toplum uşaqlıqdan etibarən genetik olaraq türk düşmənçiliyi, yalançı tarix, uydurma və utopik xəyallar, olmayan dövlət haqqında min illərin tarixi ilə böyüyüb və tərbiyə alıblar. Ona görə də onlarda dövlətçilik ənənəsi formalaşmadı, xalq obrazına girə bilmədilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, onlar yarımçıq toplum halında öz xəstə təxəyyülləri ilə başqa bir dünyada yaşayırlar: “44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan bu gün diqtə edən ölkədir və Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır. Bu, Azərbaycan reallığıdır. Hazırda Ermənistan mətbuatı Azərbaycan haqqında dezinformasiyalar yaymaqdadır. Erməni mətbuatı hər gün öz əhalisinə zəhərli və ziyanlı məlumatları yedirir. Təbii ki, bunun hər biri əbəsdir. Ermənistan bütün sahələrdə iflasa uğramış bir ölkədir və hər keçən gün Azərbaycanı uğura, Ermənistanı isə süquta aparır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə