"İkinci Vətən müharibəsi Azərbaycanın qüdrətinin göstəricisidir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan bu gün dünyanın ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Əlbəttə ki, bunun kökü Prezident İlham Əliyevin yürütdüyü ideal daxili və xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan dünyada ən hörmətlə yanaşılan ölkələrdən biridir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ermənilər tərəfindən hər zaman Azərbaycan haqqında müxtəlif dezinformasiyalar yayıb: "İkinci Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbədən sonra onlar bu dezinformasiyaların, yalan məlumatların sayını daha da artırıblar. Eyni zamanda, ermənipərəst dairələrin nəzarətində olan bəzi media qurumları da zaman-zaman Azərbaycana qarşı dezinformasiyalar yayır. Dünyada baş verən qlobal təhdidlərə Azərbaycan Prezidentinin təşəbbüslərinin dünya ictimaiyyəti tərəfindən dəyərləndirilməsi erməniləri və onların havadarlarını çox ciddi narahat edir. Onlar bütün mümkün imkanlardan istifadə edərək dezinformasiyalar yaymaqla Azərbaycanın artan nüfuzuna, hörmətinə xələl gətirməyə çalışırlar. Onlar bunun üçün müxtəlif ermənipərəst fondlar yaradaraq bunu edirlər. Əlbəttə ki, bütün bunlara qarşı Azərbaycan əməli və praktiki fəaliyyəti ilə cavab verir. Ermənilərin bu kimi təxribatçı əməllərinin hamısı iflasa uğrayır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə