"Snayper həddi" müsabiqəsinin epizodları icra olunur

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər.

Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə